Bank Of Baku

Mədəniyyət və Turizm Nazirliyində QHT-lərlə görüş təşkil olunub

Mədəniyyət və Turizm Nazirliyində QHT-lərlə görüş təşkil olunub
# 12 fevral 2015 14:46 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Mədəniyyət və Turizm Nazirliyində QHT-lərlə görüş təşkil olunub.

 

Nazirlikdən APA-ya verilən məlumata görə, görüşdə Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin Qeyri-hökumət təşkilatları ilə iş sektorunun əməkdaşları və Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə, “Xan Şuşinski” Fondunun prezidenti Bəyimxanım Verdiyeva, “Mədəni İnkişaf Mərkəzi” ictimai birliyinin sədri Gəray Əlibəyli, “Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyinin sədri Fərhad Abdulov iştirak edib.

 

Görüşdə QHT nümayəndələri Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilən “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”nın icrasını təmin etmək məqsədilə nazirliyin müvafiq əmri və Müsabiqə Komissiyası barədə məlumatlandırılıb. 

 

Nazirlikdən bildiriblər ki, ikitərəfli müzakirələrdə QHT nümayəndələri ilə fikir mübadiləsi aparılıb, mədəniyyət və turizm sahəsində layihə və təkliflərinin nazirliyə təqdim olunması müzakirə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR