Bank Of Baku

Musiqili Teatrın keçirdiyi müsabiqəyə yekun vurulub

Musiqili Teatrın keçirdiyi müsabiqəyə yekun vurulub
# 02 yanvar 2016 14:19 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Azərbaycan Dövlət Musiqili Teatrının keçirdiyi yaradıcılıq müsabiqəsinə yekun vurulub.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqə teatra yeni istedadlı  gənclərin cəlb edilməsi məqsədi ilə keçirilib.

Azərbaycan Dövlət Musiqili Teatrının direktoru Əliqismət Lalayev bildirib ki, təqribən 70 nəfərə yaxın müsabiqədə iştirak etmək üçün müraciət edib: “Onlardan yalnız 8 nəfəri ilk mərhələdə Müsabiqə Komissiyasının üzvlərini qane edib. Amma bu da həmin 8 gəncin teatrda işlə təmin olunmasına yetərli deyil. Onlar təcrübə toplamaq üçün teatrımızın Yaradıcılıq Studiyasında müəyyən dövr ərzində məşğul olacaqlar. Bu gənclər Əməkdar incəsənət xadimi, rejissor Əsgər Əsgərovun rəhbərlik etdiyi studiyada təcrübə keçdikdən, nəzəri-praktik səviyyələrini təkmilləşdirdikdən sonra yenidən Komissiya üzvlərinə öz istedadlarını göstərəcək, vacib tələblərə cavab verənlər Musiqili Teatrın kollektivinin sıralarına qəbul olunacaqlar. Elan etdiyimiz müsabiqəyə 70-ə yaxın şəxsin müraciət etməsi bir daha göstərdi ki, cəmiyyətimizdə və gənclərdə teatra, sənətə çox böyük maraq var”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR