Bank Of Baku

Naxçıvanda bəzi məktəblərdə şagird kontingentinin düzgün komplektləşdirilmədiyi aşkarlanıb

Naxçıvanda bəzi məktəblərdə şagird kontingentinin düzgün komplektləşdirilmədiyi aşkarlanıb
# 05 fevral 2016 19:56 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm  Nazirliyinin tabeliyində olan uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində şagird kontingentinin komplektləşdirilməsinin düzgün aparılmadığı aşkarlanıb. 

 

APA-nın məlumatına görə, bunu Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Culfa şəhərində tədris işinin təşkili ilə bağlı zona müşavirəsində Naxçıvan Muxtar Respublikası mədəniyyət və turizm naziri Natəvan Qədimova  bildirib. 

 

N. Qədimova deyib ki, məktəblərdəki şagird kontingentinin komplektləşdirilməsinin düzgün aparılmaması, bəzi məktəblərdə ixtisas dərslərinin zəif keçilməsi, qrup dərslərində vəziyyətin qənaətbəxş olmamasından da danışıb. Nazir sadalanan nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün Mədəniyyət və Turizm şöbələri müdirlərinin və məktəb direktorlarının əməli fəaliyyət göstərməli olduqlarını bildirib, verilən tapşırıqlara ciddi əməl etmələrinin vacibliyini vurğulayıb.

 

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin  tabeliyində 27 uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbi fəaliyyət göstərir. 2014-2015-ci tədris ilində muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərini müxtəlif ixtisaslar üzrə 1136 nəfər şagird bitirib. 2015-2016-cı tədris ilinə isə 16 ixtisas üzrə 1285 şagird qəbul edilib və hazırda bu məktəblərdə 7200-dən çox şagird təhsil alır
  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR