Bakı. Cavid Zeynallı – APA. Növbəti ildə aparılan islahatlar çərçivəsində muzeylərdə ixtisarlar olacaq.
APA nın məlumatına görə, bunu bu gün keçirilən kollegiya iclasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Nazir qeyd edib ki, gələn il muzeylərdə də islahatlar aparılacaq: "Bəzən mən rayonlara gedəndə görürəm ki, bəzi muzeylərin daxili mühiti o qədər səviyyəsizdir ki, o muzeyin olub-olmamağı haqqında danışmağa dəyməz. Növbəti ildə aparılan islahatlar çərçivəsində muzeylərdə də islahatlar aparılacaq, ixtisarlar olacaq. Ancaq yaxşı təşkil olunmuş, real tarixi əks etdirən muzeyləri saxlayacağıq. Yerlərdə muzeylərin fəaliyyətinin gücləndirilməsi üçün səylər artırılmalıdır”.