Bank Of Baku

Nazir: "Azərbaycanda muzey işinin təşkilində tənqid olunası məqamlar çoxdur”

Nazir: "Azərbaycanda muzey işinin təşkilində tənqid olunası məqamlar çoxdur”
# 30 noyabr 2015 09:15 (UTC +04:00)

“Xalça Muzeyində nöqsanlar aşkarlanıb”

 

Bakı. Cavid Zeynallı - APA. "Azərbaycanda muzey işinin təşkilində tənqid olunası məqamlar çoxdur. Biz muzeylərin fəaliyyətini müasir şəkildə təmin etməliyik. Muzey işinin təşkilində müsbət məsələlərlə yanaşı bizi narahat edən məsələlər də var".

 

APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev muzey işçilərinin ümumrespublika müşavirəsində deyib. Nazirin sözlərinə görə, Xalça Muzeyində monitorinqlər keçirilib və nöqsanlar aşkar olunub: "Xalça Muzeyi Azərbaycanda qabaqcıl muzeydir və onun rolunu və nüfuzunu azaltmaq olmaz. Röya Tağıyeva tanınmış muzey xadimidir, beynəlxalq qurumların üzvüdür. Lakin işdə nöqsan olanda onu açıb deməliyik, onun qarşısını almalıyıq. Lazım gələndə töhmət də verməliyik, ölçü də götürməliyik. Bu normal iş prosesidir və sensasiya axtarmaq lazım deyil. Yaxın günlərdə bu məsələ ilə bağlı yekun qərar veriləcək".

 

Nazir əlavə edib ki, muzey işinin təşkilindəki problemlər daha çox kadrların səhlənkarlığı nəticəsində olur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR