Bank Of Baku

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Misirdə beynəlxalq konfrans keçirəcək

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Misirdə beynəlxalq konfrans keçirəcək
# 25 noyabr 2015 09:37 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Misirin İsgəndəriyyə Kitabxanası dekabrın 8-11-də İsgəndəriyyədə beynəlxalq konfrans keçirəcək. Komitədən APA-ya verilən məlumata görə, “XXI əsrdə demokratiya” mövzusuna həsr olunan konfransda tanınmış siyasətçi, ekspert və akademiklər hazırda dünyada cərəyan edən gərgin proseslər fonunda demokratiya anlayışının əhəmiyyətini müzakirə edəcək, mümkün islahatlar və yeni mexanizmlərin tətbiqi barədə fikir mübadiləsi aparacaqlar.

 

Konfrans çərçivəsində 2016-cı ilin mart ayında Bakıda keçiriləcək IV Qlobal Foruma hazırlıqla əlaqədar toplantının keçirilməsi də planlaşdırılıb. 

 

Konfransın işində Misirin xarici işlər naziri Sameh Şükri, Bosniya və Herseqovinanın xarici işlər naziri Zlatko Laqumdjiya, eləcə də Hollandiyanın sabiq baş naziri Vim Kok, Serbiyanin sabiq Prezidenti Boris Tadiç, İordaniya şahzadəsi Əl Hassan bin Talal və başqaları iştirak edəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR