Bakı. Cavid Zeynallı - APA. Aprelin 3-də Nizami Kino Mərkəzində C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası və "Stüdyo-19" şirkətinin istehsal etdikləri “Ağır illər... Xoş xatirələr” sənədli filminin təqdimatı keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, film sovet hakimiyyətinin repressiya illərində azərbaycanlıların Qazaxıstan çöllərinə sürgün olunmasından, onların çətinliklərə tab gətirərək, qazax xalqı ilə qaynayıb-qarışıb həyatlarını davam etdirməsindən bəhs edir.
Filmin ssenari müəllifi və rejissoru xalq artisti Oktay Mir-Qasımdır.