Bakı. Cavid Zeynallı – APA. Fevralın 23-də Nizami Kino Mərkəzində “Robinzon və 9 cümə” bədii filminin təqdimatı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Gürcüstanın “K Production” kino şirkəti tərəfindən Azərbaycan kinematoqrafçılarının iştirakı ilə istehsal edilmiş filmin təqdimatı indiyədək Tbilisi və Minsk şəhərlərində baş tutub.
Ekran əsərinin quruluşçu rejissoru Georgiy Kikaleişvilidir. Filmdə Paata Quliaşvili, Vaxtanq Kikabidze, İrakli Pircxalava, Keta Topuriya, Polad Bülbüloğlu, Bəhram Bağırzadə, Manana Caparidze, Nani Breqvadze, Luçiya Luşik, Arçil Meparidze, Kaxi Kavsadze bə başqaları rol alıblar.