Bank Of Baku

Nobel mükafatlı yazıçı dünyasını dəyişib

Nobel mükafatlı yazıçı dünyasını dəyişib
# 13 aprel 2015 11:59 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Məşhur Alman yazıçısı, Nobel mükafatı laureatı Günter Qrass dünyasını dəyişib. APA-nın Lenta.ru-ya istinadən verdiyi məlumata görə, yazıçı aprelin 13-də 87 yaşında vəfat edib.

 

G. Qrass 2012-ci ildə İsrailin İrana qarşı siyasətini sərt tənqid etdiyinə görə, İsrail onu anti-semitizmdə ittiham edərək, “persona non grata” elan etmişdi. 

 

Qeyd edək ki, G. Grass 1927-ci ildə anadan olub. Yazıçı müasir alman ədəbiyyatının ən görkəmli nümayəndələrindən biridir. 1999-cu ildə “Tənəkə təbili” əsərinə görə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. “Siçovul”, “Mənim yüz ilim”, “İblisin gündəliyindən” və s. məşhur romanların müəllifidir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR