Bank Of Baku

Opera və Balet Teatrında “Sevil” operası nümayiş olunacaq

Opera və Balet Teatrında “Sevil” operası nümayiş olunacaq
# 07 yanvar 2016 13:03 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Yanvarın 10-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında SSRİ xalq artisti, bəstəkar  Fikrət Əmirovun “Sevil” operasının tamaşası keçiriləcək.

 

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Cəfər Cabbarlının eyniadlı pyesinin motivləri əsasında yazılmış opera tamaşasında əsas partiyalar – Sevil və Balaşı ilk dəfə olaraq əməkdar artistlər İlahə Əfəndiyeva və Fərid Əliyev tərəfindən ifa olunacaq. 

 

Tamaşada həmçinin əməkdar artistlər Səbinə Əsədova (Gülüş), Gülnaz İsmayılova (Dilbər), Cahangir Qurbanov (Atakişi) və s. iştirak edəcəklər.

 

Səhnə əsərini Əyyub Quliyev idarə edəcək.

 

Qeyd olunub ki, indiyədək tamaşada milli vokal sənətimizin bir sıra görkəmli nümayəndələri – Rəşid Behbudov, Azər Zeynalov, Xuraman Qasımova, Şahlar Quliyev və b. əsas rollarda çıxış ediblər. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR