Bakı. Cavid Zeynallı – APA. Fevralın 14-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Pyetro Maskanyinin “Kənd namusu” operasının premyerası olacaq. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əsərin səhnələşdirilməsi üçün Almaniya opera sənətinin tanınmış simaları cəlb edilib.
Əsərin quruluşçu rejissoru Lüdviq Bauman, dirijoru Korneliya fon Kerssenbrofk, operanın libretto müəllifi Q.Tarconi-Tosetti və Q.Menaşidir.
Səhnə əsərində xalq artisti Qərinə Kərimova, əməkdar artistlər Fərid Əliyev, Səbinə Əsədova, Səbinə Vahabzadə, Anton Ferştandt çıxış edəcək.
“Kənd namusu”nun xormeysteri əməkdar incəsənət xadimi Sevil Hacıyeva, konsertmeyster Roza Məmmədovadır.