Bank Of Baku

Oya Ergün Bakıda konsert proqramı ilə çıxış edəcək

Oya Ergün Bakıda konsert proqramı ilə çıxış edəcək
# 30 noyabr 2015 10:44 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Türk sənətçisi Oya Ergün Bakıda “Barok Müzikde Aşk" adlı konsert proqramı ilə çıxış edəcək. 

 

APA-nın məlumatına görə, Alman Kopelhaus konsert zalında baş tutacaq konsertdə soprana ifaçı Barok dövrünün musiqilərini səsləndirəcək. Sənətçi Barok dovrünün Bax, Handel, Skarletti, Korelli ve Cesti kimi bəstəkarlarının əsərlərindən ariyalar təqdim edəcək.

 

İfaçını pianoçu Nərgiz Əliyevanın rəhbərlik etdiyi trio müşayiət edəcək. Konsert proqramında qonaq sənətçi qismində səhnəyə azərbaycanlı tenor ifaçı İlham Nəzərov çıxacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR