Bakı. Fərid Mirzəyev - APA. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Polis Akademiyasında “Azərbaycan Multikulturalizmi” mövzusunda səyyar mühazirə təşkil edib.
Mərkəzdən APA-ya verilən məlumata görə, Akademiyanın professor-müəllim heyəti və müdavimlərinin iştirak etdiyi tədbirdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Analitika şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nəriman Qasımzadə ölkəmizdə multikulturalizmin çağdaş tarixi-siyasi reallıqları barədə danışıb.
Mühazirə Təhsil Nazirliyi tərəfindən təsdiq olunan “Azərbaycan multikulturalizmi” proqramına müvafiq olaraq il boyu ölkəmizin müxtəlif bölgələrində keçirilməsi planlaşdırılan "Azərbaycan multikulturalizmi: səyyar dərslər” layihəsi çərçivəsində həyata keçirilib.