Bank Of Baku

Prezident Xalça Muzeyinin əməkdaşlarını təltif edib

Prezident Xalça Muzeyinin əməkdaşlarını təltif edib
# 27 sentyabr 2017 15:52 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Xalça Muzeyinin əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

 

APA-nın məlumatına görə, Azərbaycan xalça sənətinin təbliğində səmərəli fəaliyyətlərinə görə Abasova Aygün Elşad qızı və Səlimov Yalçın Ramiz oğlu “Tərəqqi” medalı ilə təltif edilib.

 

Dövlət başçısının digər sərəncamı ilə Ağayeva Püstə Tofiq qızı, Məlikova Təranə Nadir qızı və Zeynalova Rəma Mais qızı Azərbaycan xalça sənətinin təbliğində səmərəli fəaliyyətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR