Bank Of Baku

Qız qalası və Şirvanşahlar Sarayına giriş on gün pulsuz olacaq

Qız qalası və Şirvanşahlar Sarayına giriş on gün pulsuz olacaq
# 27 dekabr 2014 13:22 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Dekabrın 27-dən yanvarın 5-dək “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyində fəaliyyət göstərən Qız qalası və Şirvanşahlar Sarayı Kompleksi muzey ekspozisiyalarına sərbəst giriş kampaniyası keçiriləcək.

 

APA-nın məlumatına görə, 10 gün müddətində paytaxt sakinləri və qonaqlar İçərişəhərdə yerləşən muzey ekspozisiyalarla ödənişsiz tanış olmaq imkanı əldə edəcəklər.

 

Muzeylərə sərbəst giriş kampaniyası “BP-Azərbaycan” şirkətinin maliyyə dəstəyi ilə həyata keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR