Bank Of Baku

Qusar Dövlət Dram Teatrının 25 illiyi qeyd olunub

Qusar Dövlət Dram Teatrının 25 illiyi qeyd olunub
# 30 iyun 2017 13:12 (UTC +04:00)

Qusar Dövlət Ləzgi Dram Teatrının 25 illiyi qeyd olunub.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, yubiley tədbirində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də iştirak edib. Nazir teatrın kollektivini yubiley münasibətilə təbrik edib. O, bölgədə fəaliyyət göstərən teatrlar arasında Qusar Dövlət Ləzgi Dram Teatrının xüsusi yerinin olduğunu bildirib.
 

Daha sonra teatrın üç aktyoru - Həsrət Nəsrullayev, Kifayət Yusifova və Yalçın Qaraxanov “Fəxri mədəniyyət işçisi” döş  nişanı, teatrın kollektivi isə fəxri fərmanla təltif olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR