Bank Of Baku

Qusarda “Xəmsə” milli intellektual oyunu üzrə IV Azərbaycan çempionatı keçirilir

Qusarda “Xəmsə” milli intellektual oyunu üzrə IV Azərbaycan çempionatı keçirilir
# 06 dekabr 2014 09:24 (UTC +04:00)

Qusar. Vəli Turan - APA. Qusarda “Xəmsə” milli intellektual oyunu üzrə yeniyetmələr arasında IV Azərbaycan çempionatı başlayıb.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, açılış mərasiminə təşkilatçılar və çempionatda yarışan komandaların üzvləri qatılıb.

 

Məlumat verilib ki, bundan əvvəl çempionatın zonalar üzrə seçim turları keçirilib. Yarışda 21 şəhər və rayondan məktəbli yeniyetmələr iştirak edir. Final oyunları dekabrın 7-də keçiriləcək.

 

Gənclər və idman nazirinin müavini İntiqam Babayev çempionatın keçirilməsində məqsədin gənclərin zehni inkişafını stimullaşdırmaq, elmin nüfuzunu artırmaq, eləcə də yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etmək olduğunu deyib. O, yarışmanın final mərhələsinin Qusarda keçirilməsinin əhəmiyyətindən də danışıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR