Bank Of Baku

Romada “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı seminar keçirilib

Romada “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı seminar keçirilib
# 21 dekabr 2015 10:26 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Romanın La Sapienza universitetində “Kitabi-Dədə Qorqud” dastanının məşhur alman şərqşünası və diplomatı Henrix Fridrix fon Dits tərəfindən tərcüməsinin 200 illiyi ilə bağlı seminar keçirilib.

 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, seminar “Azərbaycan multikulturalizmi” fənninin tədrisi çərçivəsində gerçəkləşib.

 

Seminar zamanı tələbələrə oğuz türkləri və onların Azərbaycan xalqının etnogenezində oynadığı rolun əhəmiyyəti barədə məlumat verilib, “Kitabi-Dədə Qorqud” dastanında əks olunan multikultural dəyərlərlə bağlı nümunələr göstərilib. Tələbələrə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Kitabi-Dədə Qorqud” dastanının alman dilinə tərcüməsinin 200 illiyi ilə əlaqədar həyata keçirdiyi layihələr barədə məlumat verilib, dastanın “Basatın Təpəgözü öldürməsi” boyunun italyan dili də daxil olmaqla dünyanın və ölkəmizdə yaşayan müxtəlif xalqların 25 dilinə tərcümə olunması xüsusi qeyd edilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR