Bakı. Cavid Zeynallı – APA. Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasına yeni etnoqrafik material daxil olub. Muzeydən APA-ya verilən məlumata görə, yeni material Azərbaycanın tanınmış zadəgan nəsillərindən olmuş Şəkixanovlar nəslinə aid örtükdür. Örtük XIX əsrdə təkəlduz tikmə üsulu ilə hazırlanıb.
Dəyirmi formalı qırmızı rəngli mahud parça üzərində “Şiri-xurşid” təsviri verilib, ətrafları nəbati naxışlarla bəzədilib.