Bank Of Baku

Tbilisi Dövlət Universitetində “Azərbaycan multikulturalizmi” fənninin monitorinqi keçirilib

Tbilisi Dövlət Universitetində “Azərbaycan multikulturalizmi” fənninin monitorinqi keçirilib
# 17 aprel 2015 08:06 (UTC +04:00)

 

Bakı. Cavid Zeynallı – APA. Tbilisi Dövlət Universitetində “Azərbaycan multikulturalizmi” fənninin monitorinqi keçirilib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən APA-ya verilən məlumata görə, mərkəzin layihəsi çərçivəsində “Azərbaycan multikulturalizmi” fənninin tədrisi bir sıra yerli və xarici universitetlərdə davam edir.

Dərs gedişatının keyfiyyətinə nəzarət, fənnin tədris olunan universitetlərdə aktuallığını və onun uğurlu layihə kimi davamlılığını təmin etmək və fənni tədris edən müəllimlərin fərdi öhdəliklərinin yoxlanılması məqsədi ilə hər semestr ərzində iki dəfə Mərkəzin müəyyən etdiyi şəxslər tərəfindən monitorinq aparılacaq.

Artıq bir neçə universitetdə ilk monitorinqlərə başlanılıb. Bunlardan biri də Gürcüstanın Tbilisi Dövlət Universitetidir. Bu universitetdə 30 tələbəyə fənni Gürcüstanlı professor David Qotsiridze tədris edir.

Tbilisi Dövlət Universitetində monitorinqin aparılması üçün qurum tərəfindən Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov ezam olunub.

Monitorinq zamanı Tbilisidə Fərhad Xəlilov “Azərbaycan multikulturalizmi”, professor David Qotsiridze isə “Azərbaycan multikulturalizmi və folkloru” mövzularında mühazirə oxuyub. Mühazirəsində Fərhad Xəlilov multikultural dəyərlərin Azərbaycan və dünya incəsənətindəki rolundan bəhs edib.

Monitorinq müddətində xalq rəssamı Fərhad Xəlilov və professor David Qotsiridze Şota Rustaveli adına Batumi Universitetinin prorektoru Mamiya Paqava ilə görüşüb. Görüşdə birgə əməkdaşlıqdan və multikulturalizm sahəsində təcrübə mübadiləsindən bəhs edilib.

Sonra rəssam Fərhad Xəlilov Gürcüstanın xalq rəssamları ilə görüş keçirib və görüşdə multikulturalizmin incəsənətdə rolundan danışılıb.  

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR