Bank Of Baku

Timuçin Əfəndiyev Bakı Xoreoqrafiya Akademiyasının rektoru təyin edilib

Timuçin Əfəndiyev Bakı Xoreoqrafiya Akademiyasının rektoru təyin edilib
# 26 dekabr 2014 15:44 (UTC +04:00)

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

 

Dövət başçısı həmçinin “Bakı Xoreoqrafiya Akademiyasının Nizamnaməsi”nin təsdiq edilməsi haqqında fərman imzalayıb.


Fərmana əsasən, Nazirlər Kabineti prezidentin aktlarının fərmana uyğunlaşdırılmasına dair təkliflərini 3 ay müddətində hazırlayıb prezidentə təqdim etməlidir, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının fərmana uyğunlaşdırılmasını 3 ay müddətində təmin edib prezidentə məlumat verməlidir, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə 5 ay müddətində dövlət başçısına məlumat verməlidir.
 

Nazirlər Kabineti həmçinin Bakı Xoreoqrafiya Akademiyasının fəaliyyətinin təşkili ilə bağlı zəruri maliyyə və maddi-texniki təminat məsələlərini həll etməlidir, habelə bu fərmandan irəli gələn digər məsələləri həll etməlidir.


Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların fərmana uyğunlaşdırılmasını təmin etməli və bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir, Bakı Xoreoqrafiya Akademiyasının dövlət qeydiyyatına alınmasını 1 ay müddətində təmin etməlidir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR