Bank Of Baku

Azərbaycan Yazıçılar Birliyi ilə Türkiyə Elmi və Ədəbi Əsər Sahiblərinin Məslək Birliyi arasında müqavilə imzalanacaq

Azərbaycan Yazıçılar Birliyi ilə Türkiyə Elmi və Ədəbi Əsər Sahiblərinin Məslək Birliyi arasında müqavilə imzalanacaq
# 02 fevral 2015 11:50 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Fevralın 4-də Türkiyə Elmi və Ədəbi Əsər Sahiblərinin Məslək Birliyi (İLESAM) və Azərbaycan Yazıçılar Birliyi (AYB) arasında müştərək əməkdaşlığına dair müqavilə imzalanacaq.

 

AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rzanın APA-ya verdiyi məlumata görə, müqavilədə ədəbiyyat sahəsində hər il ən azı iki əsərin qarşılıqlı tərcüməsi və yayımlanması, “XXI əsr Türkiyə-Azərbaycan Şeir və Hekayə Antologiyası»nın birlikdə hazırlanması, yazıçı və şairlərin ortaq bioqrafik əsərlərinin nəşr edilməsi, ildə bir dəfə növbəli şəkildə Azərbaycanda, sonra Türkiyədə geniş şeir günlərinin keçirilməsi nəzərdə tutulur.

 

Həmçinin qurumlar uşaq ədəbiyyatı sahəsində əməkdaşlıq edəcək, hər iki ölkədə yazarların imza günlərini keçirəcəklər.

 

Müqaviləni Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar və İLESAM-ın sədri Məhmət Nuri Parmaksız imzalayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR