Bank Of Baku

Türkiyəli yazar Kahraman Tazeoğlu Bakıya gələcək

Türkiyəli yazar Kahraman Tazeoğlu Bakıya gələcək
# 10 aprel 2015 12:55 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Türkiyəli yazar Kahraman Tazeoğlu Azərbaycana səfər edəcək.

 

APA-nın məlumatına görə, “Hədəf Nəşrləri”nin dəvəti, “Kitabevim.az” mağazalar şəbəkəsinin təşkilatçılığı ilə baş tutacaq səfər çərçivəsində aprelin 11-də şairin “XAN” nəşriyyatı tərəfindən Azərbaycan dilinə çevrilmiş "Bukre" romanı və “Səni içimdən tərk edirəm” şeir kitablarının imza günü keçiriləcək.

 

Aprelin 12-də Kitabevim.az mağazalar şəbəkəsində K. Tazeoğlunun “Şeir gecəsi” təşkil olunacaq. Tədbirdə oxucular şairin şeirlərini öz dilindən eşidə biləcəklər. 

 

Qeyd edək ki, K. Tazeoğlu 1969-cu ildə İstanbul şəhərində anadan olub. İş fəaliyyətinə radio aparıcısı kimi başlayan Kahraman Tazeoğlu 2001-ci ildən bədii-yaradıcılığa başlayıb. Bu günə kimi “Seni içimden terk ediyorum” , “Ölü bir kentin morq alfabesi” , “Mavi ada mektupları” , “Tutsak mektuplar” , “Araz” , “Susacak ev” , “Mavi ev” , “Beni susarken bölme” , “Başka” , “Eyvallah” , “Kayıp Yüzyılın prensesi” , “Bambaşka” kimi kitabların müəllifidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR