Bakı. Cavid Zeynallı – APA. “Nazirliyin rəhbərliyinə tutduğum vəzifədən azad olunmağım üçün yazılı ərizə vermişəm”.
APA-nın məlumatına görə, bunu Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vaqif Bəhmənli şəxsi facebok səhifəsində yazıb.
V. Bəhmənli əlavə edib ki, eyni zamanda vəzifədən azad olunmağı barədə şifahi xahiş də edib: “Həqiqətən də mən yaradıcılıq işlərimin vacibliyi və sıxlığı səbəbindən rəhbərliyə müraciət etmişəm. Eyni zamanda şifahi olaraq xahiş etmişəm ki, müraciətimə mənim istəyimə uyğun yanaşılsın. Yəqin ki, tezliklə məsələ həllini tapar".