Bank Of Baku

Xalq şairi Səməd Vurğunun ev-muzeyinin 40 illik yubileyi qeyd edilib

Xalq şairi Səməd Vurğunun ev-muzeyinin 40 illik yubileyi qeyd edilib
# 03 dekabr 2015 10:36 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Xalq şairi Səməd Vurğunun ev-muzeyində mədəniyyət ocağının fəaliyyətə başlamasının 40 illik yubileyi qeyd edilib. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, muzeyin direktoru Nüşabə Vəkilova ev-muzeyin yaranma tarixindən danışıb. Qeyd olunub ki, şair bu evdə ömrünün son iki ilini (1954-1956) yaşayıb. 

 

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək bildirib ki, şairin ev-muzeyi Heydər Əliyevin şəxsi təşəbbüsü və göstərişi ilə 1974-cü ildə təşkil edilib. 1975-ci il oktyabrın 6-da muzeyin təntənəli açılışı olub.  

 

AMEA-nın müxbir üzvü Nizami Cəfərov, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar muzeyin kollektivini yubiley münasibətilə təbrik edib.

 

Səməd Vurğunun sözlərinə Sevda İbrahimovanın bəstələdiyi mahnını şairin nəticəsi, beynəlxalq müsabiqələr laureatı Vurğun Vəkilov fortepianoda ifa edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR