Azərbaycan «Kür» brendi ilə noutbukların istehsalına başlayır

Azərbaycan «Kür» brendi ilə noutbukların istehsalına başlayır
# 03 sentyabr 2008 13:12 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Azərbaycanda kompüter istehsalı ilə məşğul olan «Kür» Elektron Avadanlıqları Müəssisəsi ilk dəfə olaraq, noutbukların istehsalına başlayacaq. Bu barədə «APA-Economics»ə «Kür»ün Bakı nümayəndəliyinin administratoru Mahmud Cəlilov məlumat verib.
M.Cəlilov bildirib ki, monitorunun 180 dərəcə dönmək imkanı olan noutbuk sensorlu olacaq, yəni barmaq izləri ilə işləyəcək. Yeni məhsulun Azərbaycanda ilk on düymlü noutbuk olacağını söyləyən «Kür» təmsilçisi sentyabrın sonuna kimi istehsala başlamağı planlaşdırdıqlarını deyib. M.Cəlilovun sözlərinə görə, dizaynı çox yüksək olan bu noutbukun detalları xarici ölkələrdən gətiriləcək. Satış qiyməti isə təqribən 1200-1600 manat təşkil edəcək.
Qeyd edək ki, «Kür» Elektron Avadanlıqları Müəssisəsi 2005-ci ildə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və «SİNAM» şirkəti tərəfindən Mingəçevirdə yaradılıb. Bu, Cənubi Qafqaz və Mərkəzi Asiyada konveyer üsulu ilə kompüter istehsal edən ilk müəssisədir. Müəssisənin istehsal gücü sutkada 140 kompüter yığmağa imkan verir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR