Bir yerdə uzun yol arzusu ilə...
Redaksiyada bir müzakirə başladı, gəl görəsən. Təklif səsləndi ki, daha o ziyalını (adını bilərəkdən yazmıram) danışdırmayaq, ondan münasibət öyrənməyək. Müzakirələr gərginləşdi, sakit-sakit dinləyirdim. Sonda APA-nın bugünkü uğurlarının başında dayanan professionallıq qalib gəldi. Qərar belə oldu ki, biz o ziyalını mütəmadi danışdırırıq, mövqeyini yayırıq. Lakin onun və onun kimilərin fikrini dəyişdirmək üçün APA-nı zirvələrə daşımaqla bağlı israrımızdan da bir an olsun, vaz keçmirik. Ziyalılar da yanıla bilir, amma bu yanılmalar bizi üzməməli, əksinə, qüvvət verməlidi.
Belə də elədik. Düz üç il yarım sonra bir sabah ölkədə böyük səs-küy yaradan araşdırmalarımızdan birinin ardından telefonuma zəng gəldi. Dəstəyi qaldırdım, bizi neçə illər öncə aşağılayan, xəbərlərini etibar eləməyən həmin o tanınmış idi. “Vüsalə xanım, yaxşı ki, APA var, Sizinlə fəxr edirəm” dedi. “Gözümüzün, beynimizin pası getdi, neçə illərdi belə araşdırmalar oxumağa həsrətdik. Deməli, istək olanda olurmuş”. Təbii, təşəkkür elədim, gözləyirdim ki, özü astaca gəlsin mətləb üstünə. Gəldi də. “Yeni başlayanda Sizə heç inamım yoxdu, açığı. Biz bir neçə nəfərlə oturub müzakirə də eləmişdik ki, bu layihədən bir şey olan deyil. Deyirdik, beş-altı uşaq neyləyə bilər ki? Amma elədiniz də. İndi də danışırıq ki, bu nə dalğaydı gəldi Azərbaycan mətbuatına?”. Bir az düzəltdim: “Dalğa gəldi-gedərdi, amma biz qalmağa və var olmağa gəlmişik”. Yaxşı nəticə idi!
... Biz APA-nı belə sevdirdik, belə tanıtdıq, belə qəbul etdirdik!
***
Yenə bu ilin ortaları idi. Çox qızğın bir iclas olmuşdu. Dəqiq xatırlamıram, amma deyəsən hansısa müsahibin qalmaqallı fikirlərini diktofonsuz qeyd etmələrinə əsəbləşmişdim. Yazının buraxılışda yayılmasına icazə vermədim, ürəyimi boşaldandan sonra sürücünü də çağırmadan redaksiyadan çıxdım və taksiyə əyləşdim. Maşına oturmağımla dayının radioda xəbərləri açmağı bir oldu. Radiodakı xəbərçi qız başladı, nə başladı. APA-nın xəbərinə görə, ölən belə getdi, həmsədr bunu dedi, bank sektoru elə oldu. (deyəsən, bizimkilər də mənim acığımı bunlardan çıxmışdılar. Çünki qızın dilindən APA düşmürdü. Bizim radioların bəzilərində belə səxavət adətən ayda bir dəfə təzələnən istinad davalarından sonra olur). Axırıncı idman xəbərində də APA-nın adını çəkəndə (İxtiyar əsəbləşsə də, dəqiq yadımdadı, APA dedi, APA-Sport yox!) əsəbimi sakitləşdirmək üçün “eşidən də deyər, bəlkə bunlar dünyanı dağıdırlar. APA ha APA” dedim. Dayı ədəb-ərkanla radionun səsini alıb, güzgüdən mənə bir tərs nəzır fırlatdı: “Nədi, a bala, yoxsa bəyənmirsən APA-nı” deyə, soruşdu.
Mən də alternativ sual verdim: “Siz bəyənirsiz, dayı?”. “Bəli, mənə belə baxma, oxumuş adamam. Bu APA var ha, mənə kompüter aldırıb, özü də kreditə. Elə bütün günü radio-televiziyada eşidirdim. Maraqlandım ki, bunların yazdıqlarının hamısını hardan oxumaq olar. Saytlarını dedilər, gedib kreditə kompüter götürmüşəm, hər axşam oxumasam, elə bilirəm nəsə itirmişəm. Amma hayıf bəzi xəbərlər bağlı olur da. Siyasət, xəbər, ölüm-itim, mədəniyyət, idman, müxalifətdən, hökumətdən, nədən desən yazırlar. Elə bil qalın kitabdı, hər səhifəsi də təzə mövzuda. Beş dildə yayılır, mən fransız dilini yaxşı bilirəm, əvvəl xaricilərlə işləyirdim, arada xəbərlərini fransızca oxuyuram. Hələ video görüntüləri də olur. Dünyanın gəliş-gedişindən yazırlar. Onların bir işçisi orda yaza bilmədiklərini də yazıb. Lətifə kimi bir şeylərdi, amma onu başqa yerdə oxudum. (bircə Elbrusun tərifi çatmırdı)
Dayı yaman həvəslənmişdi, amma dilim dinc dayanmadı: “Siz lap əməlli-başlı internet istifadəçisisiniz ki?” deməyim xoşuna gəlmədi: “Sən də şou-biznes oxuyanlardansan? Onda APA-nın tanımazsan. Onlar elə bekara şeylər yazmırlar”.
Dayının danlağından qurtarmaq üçün taksidən endim və sakitcə sürücünün nömrəsini yığdım: “Gəl, məni APA-ya apar”...
... Biz APA-nı belə sevdirdik, belə tanıtdıq, belə qəbul etdirdik!
***
İş vaxtının sonunda redaksiyaya zəng gəldi. Dəstəyi özüm qaldırdım. Xəttin o başındakı adam zəng elədiyi yerin APA olduğunu dəqiqləşdirəndən sonra “ Deyirlər, metroda partlayış baş verib. Mən saytdan oxudum” dedi və həmin saytın adını da söylədi. Ardından da qəribə səslənən bir sual verdi: “Sizcə, belə hadisə olub?“. “Bizdə belə məlumat yoxdu. Olsaydı, dərhal xəbər yayardıq” deyən kimi xəttin o başındakı “indi araşdırarıq” kəlməsini ağzımda qoydu. Dərhal yanındakına şikayətlənməyə başladı: “Deyirəm də, APA yazmayıbsa, deməli, yalandı. Bunlarda xəbər yoxdusa, inanma” dedi. Doğrudan da o xəbər yalan çıxdı...
... Biz APA-nı belə sevdirdik, belə tanıtdıq, belə qəbul etdirdik!
P. S. Son bir ildə keçdiyimiz yoldan yaddaşımda ilişən bir neçə faktdan üçünü yazdım. Bir halda ki, özümüzü, keçdiyimiz yolu oxucu mənə tanıtdırır, deməli, artıq tərcümeyi-hal yazmaq mərhələsini başa vurmuşuq. Gələcək haqqında böyük nağıllar danışıb, keçmişdən dərslər keçmək də mənlik deyil. Ən gözəli faktlardı. Fakt bəzən nağıllar qədər şirin olmaya bilir. Amma onun böyüklüyü FAKT olmağında, DANILMAZLIĞINDADI. Lap APA kimi.
P.P.S. Bu yazını APA-nın təmsilçisi kimi qatıldığım bir tədbirin keçirildiyi Antalyadan yazıram. APA-çıların bir neçəsinə gecə gözü qısa təbrik mesajı göndərdim. Amma sonra dayandım. Telefonumda nömrəsi olmayan minlərlə oxucuya, abunəçiyə, bizi sevən və sayan hər kəsə haqsızlıq olurdu. O qısa mesaj beləydi: “Təbrik edirəm. Bir yerdə uzun yol arzusuyla”. Bu mesajı APA-nı zirvələrə daşıyan, APA-ya inam, etibar bəsləyən hər kəsə ünvanlayıram. Həm də rəqiblərimizə...
Media
“IV Divar” serialı bu gündən etibarən AzTV-də! - VİDEO
MEDİA: “Nexta” kanalı Goranboyda baş vermiş yanğınla bağlı ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayıb
Azərbaycanlı jurnalistlər i24NEWS telekanalının redaksiyasını ziyarət ediblər - FOTO
Akko meri Albert Aqarunovun xatirəsinin əbədiləşdirilməsi haqqında sertifikatı qardaşına təqdim edib - FOTO
Xəbər Lenti
“Sea Breeze 2026”nın ilk oyununda qalib bəlli olub
“Sea Breeze 2026”: Təmsilçimiz turnirə qələbə ilə başladı - YENİLƏNİB
Gürcüstanda vətənə xəyanətdə ittiham olunan müxalifət lideri saxlanılıb
“Neftçi” “İmişli”ni məğlub edib
Səfirlik: ABŞ-ın qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq
Diplomatik korpusun nümayəndələri Şuşa şəhərində yaşayış komplekslərini ziyarət ediblər - FOTO
Husilər Yəməndə Qırmızı dənizin sahillərini tam nəzarətə götürüblər
Omanda Körfəz ölkələrinin iştirakı ilə regional toplantı keçiriləcək
Xarici diplomatlar Şuşa qala divarlarını ziyarət ediblər - FOTO
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Qırmızı qəsəbədə Roş ha-Şana bayramı qeyd olunur - FOTO
İsmail Kartalın istefası qəbul edilib
Xarici diplomatlar Şuşada Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş büstlərini ziyarət ediblər - FOTO
FHN-in qurumları arasında səmti müəyyənetmə üzrə çempionata yekun vurulub
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Xarici diplomatlar Şuşada “Sadıqcanın evi”ni ziyarət ediblər - FOTO
MM komitə sədri: Çox zaman müəllimlər qız uşaqlarına deyir ki, nə üçün oxuyursan, tez ərə getməlisən
Xankəndidə regional məşğulluq ekosisteminin qurulması məsələləri müzakirə olunub
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiq edilib
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin sədri təyin edilib
TPAO: “Şahdəniz” Türkiyə və Avropanın qaz təhlükəsizliyinə mühüm töhfə verir
Diplomatik korpusun nümayəndələri Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər - FOTO
Xarici diplomatlar Cıdır düzündə olub - VİDEO
Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Əhalinin yanacaq xərcləri bu il 4%-dən çox artıb
2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib
Xarici diplomatlar Şuşada tikilməkdə olan Yeni Şuşa məscidi ilə tanış olublar - FOTO
Obyekt almaq istəyənlər üçün Bakıda yeni seçimlər – hansı ərazilərdə?
Reabilitasiya mərkəzinin əməkdaşları üçün maarifləndirmə tədbiri keçirilib
2027-cı ilin büdcə zərfi Nazirlər Kabinetinə təqdim olunacaq
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verəcək
Kolleclərin boş qalan yerlərinə qəbulun nəticələri elan olunub
BOTAŞ və SOCAR qaz ticarəti üzrə mövcud sazişlərin müddətini uzatmaq üzərində işləyir
Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri elan edilib
Lukaşenko: Belarus ordunun döyüş hazırlığını yoxlayacaq
"Bank Respublika" "AccessBank"ın səhmlərinin 100%-ni alır
Səfir: Britaniya ilə Azərbaycan arasında süni intellekt və texnologiya sahəsində maraqlı layihələr var
Gürcüstanda əcnəbilər ali məktəblərə imtahansız qəbul ola biləcəklər
Diplomatik korpus nümayəndələri “AzCotton” MMC-nin tikiş fabrikinə baş çəkiblər - FOTO
Bir 1000-dən çox gənci “Spark ’26” festivalında bir araya gətirib
Xarici diplomatlar Qarabağ Universitetində olublar - FOTO
FHN Lənkəranda seminar-müşavirə keçirib
NİİM ötən gün Hövsan yolundakı sıxlığa münasibət bildirib, sürücülərə çağırış edib
Dövlət qurumunun adından saxta sənəd hazırlayaraq 250 min manatlıq dələduzluq edən şəxs saxlanılıb
Bakıda ərini qətlə yetirib həyətdə basdıran qadına hökm oxunub
Aİ-nin xüsusi nümayəndəsi: Sülhə gedən yolda Azərbaycana necə dəstək ola biləcəyimiz müzakirə olunur