Hikmət Babaoğlu: “Azərbaycan NATO ilə əməkdaşlıqda nə hadisələri qabaqlamaq, nə də geri qalmaq niyyətində deyil”
- Səfər zamanı bir daha əmin olduq ki, NATO heç də bizim düşüncələrimizdə qalan, “soyuq müharibə”dən qələbə ilə ayrılan sırf hərbi güc mərkəzi deyil, eyni zamanda qlobal, beynəlxalq, universal bir təşkilatdır. Bu təşkilat heç də sırf hərbi məsələlərlə məşğul olmur, təşkilatın qarşısında duran məqsədlər heç də dünyada mövcud olan ayrı-ayrı problemlərə hərbi nöqteyi-nəzərdən yanaşmaq deyil, eyni zamanda NATO-nun müxtəlif humanitar, ictimai proqramları var. Bunun ən yaxşı sübutu bizi dəvət edən, yeni yaranmış ictimai diplomatiya şöbəsidir. NATO indiki mərhələdə yeni təşkilatlanma dövrünü yaşayır desək, yanılmarıq. Çünki “soyuq müharibə” başa çatdıqdan, Varşava müqaviləsi öz hüquqi qüvvəsini itirdikdən və beynəlxalq münasibətlər səhnəsindən bir aktyor olaraq silindikdən sonra belə fikirlər səslənirdi ki, NATO Varşava Müqaviləsi Təşkilatına qarşı olan alyans idi və bu qurum buraxıldısa, onda NATO kimə qarşıdır? Bu dövrdə istər ictimai fikirdə, istərsə də ayrı-ayrı beynəlxalq təşkilatlar və dövlətlərin daxilində bu suala cavab axtarılırdı və NATO-nun da buraxılması haqqında fikirlər səslənirdi. Bizim səfərimiz zamanı bu suala ən yaxşı cavabı NATO rəsmisi xanım Despina İno Afentoulu verdi. O bildirdi ki, 2009-cu ildə NATO-nun 60 yaşı tamam olacaq, ya biz təqaüdə çıxmalıyıq, ya da özümüzü yeniləşdirməliyik, NATO isə ikinci yolu tutub. Buna görə də NATO indi daha çox sosial, ictimai populyar proqramların həyata keçirilməsi istiqamətində tədbirlər görür.
Yeri gəlmişkən, qeyd edim ki, NATO artıq bu günə qədər daşıdığı brendi, loqonu dəyişdirmək haqqında düşünür. Çünki bu gün hamımızın tanıdığı NATO brendi bir neçə hərbi döyüş texnikasının hipotezindən yaranmış və özündə güc nümayiş etdirən, mücərrəd bir məzmun ifadə edən, hətta bəzən vahimə yaradan bir simvoldur. 60 illik yubileyə qədər bu brendin dəyişdirilməsi nəzərdə tutulur. Beləliklə, NATO-nun dünya ictimaiyyətində heç də qorxulu hərbi güc kimi deyil, dünyada baş verən konfliktlərin həllində iştirak edən bu münaqişələr nəticəsində meydana çıxan sosial, ictimai problemləri həll edən, pozulmuş hüquqların bərpasına çalışan bir imic formalaşdırmaq niyyəti bizim Brüsseldəki görüşlərimizdə ortaya qoyuldu.
- Təşkilatda Azərbaycanla əlaqələr haqqında hansı düşüncə hakimdir? Sizin bu yöndəki təəssüratlarınız necədir?
- Əvvəla, onu deyim ki, NATO hazırda bir neçə proqram həyata keçirir. Bu proqramlardan biri də Cənubi Qafqaz və digər MDB ölkələrində reallaşdırılır. Bu, Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planıdır (İPAP). Bəzi ölkələrdə bu proqramın I mərhələsi, bəzi ölkələrdə II mərhələsi artıq başa çatıb. Bu proqramın həyata keçirilməsində məqsəd NATO-nun üzvü olan və təşkilatla əməkdaşlıq edən ölkələrin hərbi sistemlərinin, hərbi strukturlarının və komanda sistemlərinin bir-birinə uyğunlaşdırılmasıdır. Bu da həmin ölkələrdə hərbi sistemin idarə edilməsini yüngülləşdirir və tərəfdaşlığı asanlaşdırır. Bu proqram çərçivəsində NATO Azərbaycanla da əməkdaşlıq edir. Azərbaycanda bu proqramın I hissəsi uğurla keçirilib. 2005-ci ilin aprel ayında icrasına başlanmış proqram 2008-ci ilin yanvar ayında başa çatıb. Hazırda həmin proqramın II hissəsinin həyata keçirilməsi istiqamətində Azərbaycanla danışıqlar aparılır. Ümumiyyətlə, NATO-Azərbaycan münasibətləri yüksələn xətlə inkişaf edir.
- Azərbaycanın NATO ilə bağlı siyasəti və qurumla əməkdaşlığa dair mövqeyi digər Cənubi Qafqaz ölkələrindən hansı elementlərinə görə fərqlənir?
- Azərbaycanla yanaşı, Ermənistan və Gürcüstan nümayəndə heyətləri də Brüsselə səfər etmişdilər. Azərbaycanın bu məsələyə baxışı Ermənistan və Gürcüstandan kəskin şəkildə fərqlənir. Birinci tərəfdə həddindən artıq passiv olmaqla bağlı, digərində isə NATO-ya lazım olduğundan çox can atmaqla bağlı problemlər var. Bu fərq bizim səfərimiz çərçivəsində də aydın göründü. Gürcüstan nümayəndə heyətində belə bir təsəvvür var idi ki, qurum qısa bir zamanda onları üzvlüyə qəbul edəcək və bununla da ölkənin bütün problemləri həll olunacaq. Təbii ki, 7 avqustda Gürcüstanda baş vermiş hadisələrdən sonra bu illüziya daha da güclənib. Amma NATO rəsmiləri dəfələrdə bəyan etdilər ki, alyans qurumla əməkdaşlıq etmək istəyən istənilən ölkə ilə danışıqlar aparır, amma hansısa dövlətin üzvlüyə qəbul olunacağı ilə bağlı təminat vermir. Çünki NATO-da bütün qərarlar konsensus yolu ilə qəbul olunur. Təşkilatın 26 üzvü var və hər bir üzvün qərarı olduqca əhəmiyyətlidir. Ermənistana gəldikdə isə, İrəvan dəfələrlə bəyan edib ki, bu ölkənin NATO-ya daxil olmaq kimi bir planı yoxdur. Azərbaycanın mövqeyi ən doğru, ən optimal mövqedir. Azərbaycan nə hadisələri qabaqlamaq, nə də geri qalmaq niyyətində deyil. Əməkdaşlıq normal istiqamətdə və arzu olunan templə inkişaf edir. Ən əsası odur ki, Azərbaycanla NATO arasında münasibətlər ölkəmizin milli maraqlarına cavab verir. Azərbaycanın NATO və digər Qərb institutlarına inteqrasiya ilə bağlı siyasəti qurumun rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir.
- Bu gün Azərbaycanı ən çox narahat edən məsələ Dağlıq Qarabağ münaqişəsidir. Səfər çərçivəsində bu münaqişə ilə bağlı hansı müzakirələr aparıldı?
- Əvvəla, onu deyim ki, biz bütün görüşlərimizdə bu məsələni qaldırdıq və onun müzakirəsinə nail olduq. Keçirilən görüşlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi dəfələrlə bəyan edildi. Ermənistan nümayəndə heyətinin üzvü bir dəfə sual verdi ki, Dağlıq Qarabağda da NATO tərəfindən Kosovadakı kimi əməliyyat keçirilə bilərmi? Əlbəttə ki, bu, NATO rəsmiləri tərəfindən ciddi qarşılanmadı. Dərhal biz sual verdik ki, Azərbaycan anti-terror koalisiyasının üzvüdür və bu proseslərdə fəal iştirak edir. Məsələ burasındadır ki, Azərbaycan özü də terrordan əziyyət çəkir. Həmçinin, bu gün işğal altında olan Azərbaycan ərazilərində terrorçu qruplaşmalar məskunlaşır, bütün dünyanın terrorçu təşkilat kimi tanıdığı PKK-nın üzvləri Türkiyədən qaçaraq həmin ərazilərdə gizlənirlər. Eyni zamanda, işğal altında olan Azərbaycan torpaqlarında narkotik vasitələr becərilir və bu ərazilərdən narkotranzit kimi istifadə edilir. Belə olan halda, Dağlıq Qarabağda anti-terror əməliyyatların keçirilməsi və narkotik maddə ticarətinə qarşı mübarizənin vaxtı çatmayıbmı və NATO həmin ərazidə hansısa formada əməliyyatların keçirilməsi haqda düşünmürmü? Bu suala cavabında təşkilat rəsmisi dedi ki, vaxtı çatarsa, əlbəttə, Azərbaycan hökuməti ilə birlikdə belə bir əməliyyatın keçirilməsi planını müzakirə etmək olar.
- Səfər çərçivəsində Azərbaycan nümayəndəliyində də oldunuzmu?
- NATO özlüyündə dünyanın kiçik bir modelini xatırladır. Təşkilatın qərargahında 26 rəsmi üzvdən başqa, çoxlu sayda ölkənin nümayəndəlikləri var. O cümlədən, qərargahda Azərbaycanın da nümayəndəliyi fəaliyyət göstərir. Bizim orada görüşümüz oldu. Sevindirici haldır ki, orada bizim çox gənc və hazırlıqlı diplomatlarımız fəaliyyət göstərirlər. Nümayəndəlik Azərbaycanın milli atributları ilə bəzədilib və orada Azərbaycan tarixini özündə əks etdirən çoxlu sayda kitablara rast gəldik. Yeri gəlmişkən, qeyd edim ki, Azərbaycan nümayəndəliyi NATO qərargahında da Cənubi Qafqaz ölkələrinin nümayəndəlikləri ilə qonşudur. Biz müşahidə etdik ki, ən yaxşı şərait elə Azərbaycan nümayəndəliyindədir. Bütövlükdə aydın oldu ki, NATO enerji təhlükəsizliyi məsələləri ilə bağlı böyük layihələrin həyata keçirilməsinin tərəfdarıdır. NATO Avropanın və Şimali Atlantikanın enerji maraqlarının həyata keçirilməsini himayə etməkdədir.
Media
Lent.az-ın 18 yaşı tamam olur
Azərbaycan, Serbiya və Türkiyə arasında media sahəsi üzrə təcrübə mübadiləsi keçirilib
MEDİA: Bəzi saytlarda DİM-in məlumatları şişirdilmiş başlıqlarla verilib, bu, qəbuledilməzdir
Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş ləğv edilir
Xəbər Lenti
Ədliyyə naziri Balakəndə vətəndaşları qəbul edəcək
Azərbaycan heyəti “Anadolu Qartalı - 2026” beynəlxalq təlimində iştirak edir - VİDEO
Üfüqi monitorinqlə bağlı vergi risklərinə nəzarət qaydaları təsdiqlənib
Sahibkarlıq subyektlərinə dəstək göstərilməsinin qiymətləndirilməsi qaydaları müəyyənləşib
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
DYP sabah Bakıda 5 istiqamətdə keçiriləcək hərbi yürüşlə bağlı müraciət edib
XİN: Ermənistanla sülh prosesinin yekunlaşdırılması üçün mövcud imkanlardan istifadə edilməlidir
Sabirabadda yol qəzası olub, ölən və xəsarət alanlar var - FOTO
FHN-in strukturlarında Silahlı Qüvvələr Günü münasibətilə tədbirlər keçirilib
ABŞ dövlət katibi: İsrail və Livan razılaşmaya yaxındır
TƏBİB media ilə açıq dialoq formatında görüş keçirib
Lukaşenko bu yaxınlarda Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib
Rubio: İranın regiondakı proksilərinə dəstəyi memorandum üzrə danışıqlarda müzakirə olunmalıdır
Həftəsonu hava qeyri-sabit keçəcək, leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Rusiya Rumıniyanın Sankt-Peterburqdakı Baş konsulluğunu bağlayır
Azərbaycan–Ukrayna əməkdaşlığının mövcud gündəliyi müzakirə edilib
Şimon Peres Mərkəzində Azərbaycan–İsrail innovasiya dialoqu keçirilib - FOTO
İran və Oman XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
İraq OPEC-dən çıxmağı planlaşdırmır - YENİLƏNİB
Qalibaf İranın azad olunmuş vəsaiti ilə ABŞ məhsulları alacağını təkzib edib
Doktorantura və dissertantura üzrə xarici dildən qəbul imtahanı keçirilib
Azərbaycan Prezidenti şəhid hərbçiləri təltif edib - SİYAHI
Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularını təltif edib
MN rəhbərliyi Baş Klinik Hospitalda olub - FOTO
Müdafiə Nazirliyinin 5 hərbçisinə “general-mayor” ali hərbi rütbəsi verilib
Nizami rayonunda qəza olub, iki nəfər xəsarət alıb- VİDEO
Aşura günü ilə bağlı qanvermə aksiyası başa çatıb, 1269.45 litr qan toplanıb - FOTO - YENİLƏNİB-1
“İntellektual gömrük” informasiya sistemi yaradılıb
Ötən il 764 xarici diplom tanınmayıb
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırılıb
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan–Fransa əlaqələrinin vəziyyətini nəzərdən keçirib
73 mindən çox müəllimin əməkhaqqına əlavələr edilib
Rubio: Körfəz ölkələri Hörmüz boğazında rüsum tətbiq olunmasını istəmir
Azərbaycanda şagirdlərin sayı açıqlanıb
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
Müdafiə naziri: Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü orduları sırasındadır
Heydər Əliyev adına Hərbi İnstitutda “Açıq qapı” günü təşkil olunub - FOTO - VİDEO
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib
Qırğızıstan və Tacikistan vətəndaşları Heydər Əliyev adına Hərbi İnstitutdan fərqlənmə ilə məzun olublar
Azərbaycanlı kursant İtaliyanın "Şərəf qılıncı" ilə təltif edilib
ABŞ Venesuelaya göndərilən axtarış-xilasetmə qruplarının sayını artıracaq
Ceyhun Bayramov Polşada Ukrayna Bərpa Konfransında iştirak edib
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell”i istifadəyə verir
İrandan Rusiyaya gül kələmi aparan yük maşınında 90 kq-dan çox marixuana aşkarlanıb - FOTO - VİDEO
Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin Nizamnaməsi təsdiq edilib - FƏRMAN
Heydər Əliyev adına Hərbi İnstitutda buraxılış mərasimi keçirilib - VİDEO
Azərbaycan gəmilərdə zərərli çirklənmə əleyhinə sistemlərə nəzarətlə bağlı Konvensiyaya qoşulub
Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
İsraildə qabaqcıl pediatrik reabilitasiya təcrübəsi öyrənilib
Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” keçirib