Əflatun Amaşov: “Siyasi partiyalar, dini qurumlarla bağlı, nizamnamə kapitalında xarici qurumların payı olan KİV-lərə dövlət dəstəyini şamil etmək olmaz” - MÜSAHİBƏ
- 2008-ci il media üçün hansı hadisələrlə yadda qaldı?
- «Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası»nın qəbulu ötən ilin mətbuatla bağlı əsas hadisəsidir. Bu, kifayət qədər mükəmməl sənəddir. Mətbuat Şurasının, tanınmış ekspertlərin, KİV rəhbərlərinin də qənaəti belədir. Tezliklə Mətbuatın İnkişafına Dəstək Fondu yaradılacaq. Bununla da Konsepsiyada nəzərdə tutulan işlərin gerçəkləşdirilməsi üçün əməli addımlar atılacaq. Konsepsiyanın işləməsi medianın inkişafında sistemli mərhələnin başlanğıcı olacaq. Bu gün dişsiz və imkansız görünən mediamız IV hakimiyyət kimi formalaşmalıdır. Biz bu yolun başlanğıcına çıxmışıq. KİV-lərə dövlət yardımları, yubileylər, Türkiyə və Azərbaycan jurnalistlərinin Bakıda baş tutan II beynəlxalq konfransı, ölkə jurnalistlərinin V qurultayı da ötən ilin əlamətdar hadisələrindəndir.
- Mətbuatın İnkişafına Dəstək Fondunun konkret nə zaman yaranacağı gözlənilir?
- Fondla bağlı Mətbuat Şurasının hazırladığı sənədlər Prezident Aparatına təqdim edilib. Əminəm ki, fond yaxın vaxtlarda fəaliyyətə başlayacaq. Bu il dövlət büdcəsindən mətbuatın inkişafı üçün ayrılan 1,3 milyon manat da çox yaxın vaxtlarda yaranacaq fond tərəfindən müəyyən istiqamətlərdə xərclənəcək. Həmin istiqamətlər konsepsiyada nəzərdə tutulub. Bu vəsait müsabiqə əsasında və müsabiqəsiz bölüşdürüləcək. KİV-lərə qrantların ayrılması, kreditlərin verilməsi, subsidiyaların ödənilməsi və büdcədən ünvanlı yardımlar formasında vəsaitlərin verilməsi nəzərdə tutulur.
- Azərbaycanda mətbuat vasitələri çoxdur. Bu vəsait bütün mətbuat orqanları üçün nəzərdə tutulub, yoxsa...
- Yəqin ki, KİV-lərin hamısı bu vəsaitdən yararlanmayacaq. Bununla bağlı müəyyən prinsiplər qəbul olunmalıdır və yardımlar da həmin prinsiplər əsasında olunmalıdır. Gəlin əvvəlcə Fondu yaradaq, həmin prinsiplər məhz fond tərəfindən hazırlanmalıdır. Ümumiyyətlə isə Azərbaycanda fəaliyyət göstərən bütün KİV-ləri maliyyələşdirmək mümkün deyil. Çünki onların sayı çoxdur. Mənə elə gəlir ki, əvvəlcə Azərbaycanda müstəqil mətbuatın bazasının möhkəmlənməsinə xidmət etmək lazımdır. Hazırda ölkədə bir sıra qəzetlər var ki, onların bank hesabları yoxdur, vaxtlı-vaxtında müvafiq qurumlara hesabatlar vermirlər. Elə KİV-lər var ki, onlar məhkəmələrə borcludurlar, əgər həmin KİV-lərə yardım edilsə, bu məhkəmələr tərəfindən tutulacaq. Mənə elə gəlir ki, bu sayaq KİV-lər yardım ala bilməz. Ən əvvəl problemlərini həll etməlidirlər. Siyasi partiyalarla, dini qurumlarla bağlı, nizamnamə kapitalında xarici qurumların payı olan KİV-lərə həmin yardımları şamil etmək olmaz. Dövlət büdcəsindən maliyyələşən KİV-lər, peşə davranış qaydalarını pozan qəzetlər var ki, onlara da bu yardımlar şamil edilməsi məqsədəuyğun deyil.
- Mətbuat Şurası 36 «reket» qəzetin adını açıqlayıb. Onların bir qismi bununla razılaşmayaraq Şuranı məhkəməyə verəcəklərini bildirirlər…
- Ölkədə KİV-lərin təsisi üçün kifayət qədər münbit şərait var. Lakin bu, heç kimi mətbu prinsiplərə məsuliyyətlə yanaşmadan azad etmir. Əgər hər hansı nəşrin adı hesabatda çəkilirsə, bundan incimək yox, nəticə çıxarmaq lazımdır. Gələcəkdə fəaliyyətində dönüş yaradacaq nəşrlərin də adlarını açıqlayacağıq. Мəhkəmə məsələsinə gəldikdə, bu onların müstəsna hüququdur. Mətbuat Şurası qərarlarını və rəylərini konkret faktlara və müraciətlərə əsasən çıxarır. Şura artıq 8 qəzetlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.
- Çıxışlarınızda bildirirdiniz ki, Mətbuat Şurası yaranandan sonra “reket” jurnalistlərin sayı azalıb. Amma sözlərinizdən belə çıxır ki, bu, heç də belə deyil.
- “Reket” qəzetlərin siyahısını tərtib etmişik. Bu siyahı hər yerə göndəriləcək. Biz araşdırma aparmışıq, elə qəzetlər var ki, redaktorların hamısı bir ailənin üzvləridir. Elə insan var ki, 30-a yaxın qəzeti, hər rayonda müxbiri var. Əməkdaşlarına norma qoyub ki, ay ərzində 5 manat, 10 manat, hətta 1 manat versin. Eləsi olur ki, vəsiqə satır 50-100 manata. Siyahımız tam deyil. Araşdırmalarımız davam edir. Siyahıya daxil olan qəzetlərlə bağlı ötən il Mətbuat Şurasına bir neçə dəfə müraciət olunub və orada göstərilən faktlar sübuta yetirilib. Mətbuat Şurası bu qəzetlərlə əlaqədar qərar çıxaranda onların sayı azalır, susanda fəaliyyətləri güclənir. Ümumən isə “reket” jurnalistlərin sayı azalmağa doğru gedir. Əvvəllər müəssisələrə hər gün 10-15 nəfər jurnalist gedirdisə, indi sayları xeyli azdır.
- Hazırkı jurnalist təhsili Sizi qane edirmi?
- Mətbuat Şurası jurnalistika fakültələri ilə birlikdə iş görməyi planlaşdırır. Ümumiyyətlə isə Azərbaycan mətbuatında əyani vəsaitlər yetərincə deyil. Ona görə də qərara gəlmişik ki, Azərbaycan mətbuatının tarixi ilə bağlı yeni bir komissiya yaradaq. Azərbaycan mətbuatının keçdiyi tarixi yolla bağlı üç cildlik dərslik vəsaiti və 10 cilddən ibarət dərslik vəsaitinin müntəxəbatını hazırlayaq. Güman ki, bu il ərzində biz həmin dərsliyin birinci cildini hazırlaya bilərik. İstəyirik ki, Azərbaycan jurnalistikasının tarixi ilə bağlı bütün tədqiqatları ümumiləşdirək.
- Araşdırmalara görə, ötən il qəzetlərə verilən 5 min manat birdəfəlik yardımdan yalnız altı qəzet öz əməkdaşlarına ayırıb. Qalan 32 qəzet isə bu yardımlardan öz əməkdaşlarına verməyib. Sizcə, bu, nə dərəcədə doğrudur?
- Həmin 5 min manat ölkə prezidentinin Mətbuat Günü ilə bağlı Azərbaycan jurnalistlərinə hədiyyəsi idi. 38-ə qədər KİV-ə yardım olunmuşdu. Bu vəsaitin xərclənməsi həmin KİV-lərin öz öhdəsində olan məsələdir. Hədiyyəni kim necə bölüb, bu, ictimai müzakirənin mövzusu olmamalıdır. Əlbəttə, əgər KİV-lərə yardım ayrılırsa, bu yardım bütün qəzet kollektivinə aiddir. Bu yardımlardan yalnız bir neçə nəfər yox, bütün kollektiv bəhrələnməlidir. Siyahı Şura tərəfindən müəyyənləşdirildiyindən gələcəkdə yardımların bölgüsü məsələsini diqqətdə saxlayacağıq.
- Bu il mətbuata ayrılacaq 1,3 milyon manatı da həmin aqibət gözləyə bilərmi?
- Xeyr. Hər hansı paralellər aparmaq da yersizdir. Vəsaitin xərclənməsi ciddi nəzarət altında həyata keçiriləcək. Bunu Mətbuatın İnkişafına Yardım Fondu edəcək. KİV-lər həmin yardımları əldə etmək üçün Fonda layihələr təqdim etməli və qurum onları maliyyələşdirməlidir.
- Jurnalistlərin vahid kartlarla təmin edilməsi prosesi niyə ləng aparılır?
- Hazırda Azərbaycanda 50 min adamın cibində jurnalist vəsiqəsi var. Halbuki, Azərbaycanda 2 minə yaxın həqiqi jurnalist fəaliyyət göstərir. Məsələ Mətbuat Şurasını ciddi olaraq narahat edir. Vəsiqələr o jurnalistlərə verilə bilər ki, onlar müqavilələr əsasında redaksiyalarda çalışsınlar.
Verdiyimiz vəsiqələrin sayı 400-ə çatdı. Lakin sonradan yoxlamalar əsasında məlum oldu ki, bəzi redaksiyalarda müqavilələr düzgün bağlanmayıb, jurnalistlərin heç müqavilənin bəzi müddəalarından xəbəri yoxdur. Buna görə də vəsiqələrin verilməsini məhdudlaşdırdıq. Ümumilikdə Şura hər il 100-ə qədər jurnalistə vəsiqə verir. Düşünürük ki, onlara sahib jurnalistlərin ilk mənbədən informasiya almaq imkanları daha çox olmalıdır. Hətta müvafiq orqanlarla birgə qərara gəlmişik ki, vəsiqələrimizi daşıyan redaksiyaların maşınları fövqəladə hallar zamanı hadisə yerinə qanuni istisnalar nəzərə alınmaqla birbaşa daxil ola bilsinlər. Hələlik jurnalistlərə vəsiqələrin verilməsi prosesi zəif gedir. Yenə də deyirəm, başlıca səbəb redaksiyalarda Əmək Məcəlləsinin şərtlərinə etinasız yanaşılmasıdır.
- Ümumiyyətlə, bu proses nə zaman yekunlaşacaq?
- Mətbuatın inkişafına Yardım Fondu yaranandan sonra yəqin ki, KİV-lərdə jurnalistlərlə əmək müqavilələrin bağlanma vəziyyəti tam qaydasına düşəcək. Bundan sonra 2009-cu ilin birinci rübündə biz artıq vahid kartlarla bağlı müəyyən mərhələni bitirmiş olacağıq. Kart daşıyan jurnalistlər üstün səlahiyyətlərə malik olacaqlar. Biz yerli təşkilatlara da tövsiyə edəcəyik ki, əməkdaşlıqda Şuranın kartlarını daşıyan jurnalistlərə üstünlük versinlər.
- Hazırda xeyli sayda müstəqil jurnalist var ki, onlar normal iş tapa bilmirlər. Mətbuat Şurası həmin jurnalistlərlə bağlı layihələr etməyi düşünürmü?
- Mətbuat Şurası müstəqil jurnalistləri də vahid kartlarla təmin etməyi düşünür. Öncə onların kartla təminatı qaydaları hazırlanmalıdır. Yardımların ayrılmasına gəlincə, hazırda bununla bağlı yalnız nəzəri baxışlar var. Əsas olan isə Fondun yaranmağıdır. Bütün məsələlərə ondan sonra aydınlıq gələcək. Ümumən onu demək olar ki, Azərbaycanda müstəqil fəaliyyət göstərən jurnalistlərin sayı artdığından onlar da nəzərə alınmalıdır. Bu sahədə araşdırmalar aparırıq.
- Mətbuat Şurası jurnalistlərin sosial problemlərinin həlli ilə bağlı nə zaman konkret nəticəyə nail olacaq?
- Bugünkü durum çox acınacaqlıdır və bizi narahat edir. Jurnalistlərin yarıdan çoxunun evi yoxdur. Bu problemlər beynəlxalq aləmdə necə həll olunur, bunun yollarını araşdırırıq. Onu deyim ki, xaricdə bu problemlər çox asan həll olunur. Çünki KİV-lər güclüdürlər. Ölkəmizdə tam əks mənzərədir.
Hazırda Şuranın sosial məsələlərlə bağlı komissiyası güzəştli ipoteka kreditlərindən jurnalistlərin istifadəsi ilə bağlı sənəd üzərində işləyir. MŞ-nın qarşıdakı iclaslarından birində bu məsələyə baxacağıq. Jurnalistlərin dəqiq sayını müəyyən edəndən və vahid kartları verəndən sonra bu istiqamətdə addımlar intensivləşəcək.
- Ötən il jurnalistlərin döyülmə faktları da oldu. Eyni zamanda həbsdə olan jurnalistlərin əfvi baş vermədi. Bu il, Mətbuat Şurası bu istiqamətdə hansı işləri görməyi planlaşdırır.
- Bu məsələ bizi həmişə narahat edib. Jurnalistlərin döyülməsi ilə bağlı bütün faktlar barədə müvafiq orqanları məlumatlandırmışıq. Müəyyən günahkarlar cəzalandırılıb. Son qanun pozuntusu - “Yeni Müsavat”ın əməkdaşı Əfqan Muxtarlının döyülməsi ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət etdik.
Ötən il həbsdə olan jurnalistlərlə əlaqədar bir neçə dəfə müraciətlərimiz olub. Sonuncu müraciəti bir ay əvvəl Qənimət və Sakit Zahidov qardaşlarının atası rəhmətə gedəndə etdik, ondan on gün əvvəl həbsdə olan dörd jurnalistlə bağlı məktub göndərmişdik. Nə qədər ki, Azərbaycan həbsxanalarında jurnalistlər var, müraciətlərimiz davam edəcək.
- Həbsdə olan jurnalistlərin ailələrinə Siz özünüz və ya Şura üzvləri baş çəkibmi?
- Həbs olunan jurnalistlərin bəziləri ilə şəxsən görüşmüşəm. Valideynləri ilə söhbətlərimiz olub.
- Bir neçə il əvvəl Mətbuat Şurası jurnalistlərlə dövlət qurumlarının münasibətlərini yaxşılaşdırmaq üçün “Redaktor - nazir” dialoqu təşkil etmişdi. Bu layihə niyə dayandı?
- Biz layihənin yarımçıq dayandırmalı olduq. Səbəbi də bu idi ki, bəzi nazirlər özlərinin qapalı qalmasına cəhd etdilər. Bəzi redaktorlar da belə açıq görüşlərə üstünlük vermədilər. Hər halda layihənin davam etməsi zəruridir və buna çalışırıq.
- Türk Dövlətlərinin Jurnalist Assosiasiyası nə zaman yaradılacaq?
- Bu təşəbbüs Azərbaycan Mətbuat Şurası ilə Türkiyə Qəzetəçilər Cəmiyyətinə aiddir. Bu istiqamətdə birinci tədbir bu ilin mart ayında İstanbulda keçiriləcək. Bu tədbirə başqa türkdilli ölkələrdən də qonaqlar dəvət edəcəyik. Yəqin ki, assosiasiya elə həmin tədbirdə yaranacaq. Bu qurum türkdilli ölkələrin jurnalistlərini birləşdirəcək. Eyni zamanda istəyirik ki, qloballaşan dünyaya tək-tək yox, vahid halda daxil olaq. Türkdilli dövlətlərin içərində ən çox inkişaf edən Türkiyədir. Orada böyük media nəhəngləri var. Biz də bu ölkənin və digər inkişaf etmiş ölkələrin təcrübəsindən yararlanmaq istəyirik.
- Milli Teleradio Şurasının (MTRŞ) xarici radiostansiyaların bağlanması qərarına Siz necə baxırsınız?
- Biz məsələni əvvəldən izlədik. Mənə elə gəlir ki, MTRŞ bu məsələdə qanuna üstünlük verir. Bir müddət əvvəl Rusiya kanallarının da yayımı dayandırıldı. Qanunvericilik xarici radiostansiyaların milli tezlikdə yayımına icazə vermir. İndi və ya bir il sonra, onsuz da məsələ əvvəl-axır hüquqi həllini tapmalı idi.

Media
Lent.az-ın 18 yaşı tamam olur
Azərbaycan, Serbiya və Türkiyə arasında media sahəsi üzrə təcrübə mübadiləsi keçirilib
MEDİA: Bəzi saytlarda DİM-in məlumatları şişirdilmiş başlıqlarla verilib, bu, qəbuledilməzdir