“Jurnalistlərin fəaliyyəti məhdudlaşır, yoxsa məsuliyyət artır” mövzusunda debat keçirilib - FOTO
V. Mahirqızı öz çıxışında bildirib ki, “KİV haqqında” qanuna edilmiş əlavə və dəyişiklik əslində KİV-lərin informasiya almasını çətinləşdirir: “ Amma məsələ bundadır ki, bu dəyişiklik Konstitusiyanın 32-ci maddəsinə referendum zamanı edilib. O zaman mən media nümayəndəsi kimi bu dəyişikliyə etiraz etmişəm. Fakt bundan ibarətdir ki, Konstitusiyaya dəyişikliklər məhz referendum vasitəsilə qəbul olunub. Həmin düzəliş də daxil olmaqla. Konstitusiyada, yəni əsas qanunda edilən bu dəyişiklik indi qanunlarda təsbit olunur. Burda indiki halda qeyri-adi heç nə yoxdur. Bu düzəliş Konstitusiyada ediləndə biz bunun qan unlara da yansıyacağını bilməliydik. Əgər bu düzəliş müvafiq qanunlara da edilməsəydi, o zaman anormallıq olardı. Amma istənilən halda bu jurnalistlərin işini çətinləşdirən bir dəyişiklikdir”.
İ. Ağazadə isə bildirib ki, Konstitusiyada ifadə azadlığı və məlumat almaq azadlığı var və bu hüquqlar jurnalistlərə verilir: “Əslində, Konstitusiyaya edilən dəyişikliklərdə açıq şəkildə göstərilir ki, qanunda hansı hallar nəzərdə tutulmayıbsa bu halda şəxsin izlənməsi qadağan olunur. Amma indi sadəcə Konstitusiyadakı dəyişikliyi əldə rəhbər tutaraq bu qanunlara da dəyişiklik edilir. Mən təklif edirəm ki, Konstitusiyanın 32-ci maddəsindən heç kim sui-istifadə etməsin. Yenə də qeyd edirəm ki, Konstitusiyada qanunda nəzərdə tutulmuş hallar istisna olunmaqla ifadəsi öz əksini tapıb. Amma hakimiyyət nümayəndələri deyir ki, bu şəxsi həyatla bağlıdır. Qanunda isə «şəxsi həyat» ifadəsi faktiki olaraq yoxdur”.
Çıxışlardan sonra tərəflər öz arqumentlərini səsləndirib, qarşılıqlı diskussiya aparıblar. V. Mahirqızı bildirib ki, jurnalistlər yenə də əvvəlki qaydada öz fəaliyyətlərini davam etdirməlidirlər: “Əgər indi biz “KİV haqqında” qanunun dəyişiklik edilən maddəsinə istinad ediriksə, o zaman mən başqa bir müddəadan misal gətirirəm. Qanunun 11.-ci maddəsi jurnalistə müstəqil tədqiqat aparmaq hüququ verir. Və bu hüquq məhdudlaşdırılmayıb. Bu hüquqdan istifadə etmək mümkündür. Yaxşı olardı ki, bu maddə daha da genişləndirilib, hansı hallarda təhqiqat aparmaq hüququnun olduğu konkret göstəriləydi”. V. Mahirqızı mətbuatla bağlı qanunun indiki halda proqressiv olduğunu, lakin jurnalistlərin bu qanundan tam yararlana bilmədiklərini vurğulayıb. Bundan əlavə, o bu vaxta qədər də ayrı-ayrı jurnalistlərə, operatorlara çəkiliş aparılarkən, təzyiq edildiyini bildirib: “Yəni əvvəl qanunda bu dəyişiklik olmayanda da bu edilirdi. Bir məqam da var. Axı ən neqativ qanun belə mübahisənin məhkəmə müstəvisində həllinə şərait yaradır. Əgər bizim şəklini və ya video görüntüsünü çəkdiyimiz ictimai xadim buna etiraz edirsə, o zaman bizi məhkəməyə verə bilər. Məhkəmə isə araşdırma və ekspertiza nəticəsində bu çəkilişin ictimai mahiyyət daşıdığını və ya şəxsi həyata müdaxilə xarakterli olduğuna qərar verəcək. Amma əgər biz bu gün məhz bu qanundan istifadə edilərək, jurnalistə fiziki təzyiq ediləcəyinə dair narazılığımızı bildiririksə, bu yanlışdır. Çünki qanun peşə fəaliyyətini məhdudlaşdıra bilər, amma təzyiqə bəraət vermir. Təzyiq varsa, bu ayrıca məhkəmə predmetidir”.
İ. Ağazadə bildirib ki, qanuna edilən dəyişikliyə görə istənilən halda hər hansı bir vətəndaşın fotosu çəkilirsə, o zaman mütləq icazə almaq lazımdır: “Qanun bunu açıq və birmənalı göstərir. Orada hər hansı istisna yoxdur ki, həmin şəkli çəkilən şəxs ictimai əhəmiyyətlidir, yoxsa yox. Burada yalnız əməliyyat, axtarış çəkilişləri istisna kimi nəzərdə tutulub. Qanun yalnız hakimiyyətin maraqları nəzərə alınan hallarda tətbiq olunmayacaq, amma digər bütün hallarda tətbiq ediləcək”.
V. Mahirqızı da bildirib ki, qanunun tətbiqində fərdi yanaşmaların olacağı fikri ilə o da razılaşır: “Amma bizim “KİV haqqında” qanundan daha üstün olan Konstitusiyamız var. Eyni zamanda “KİV haqqında” qanunda gizli səs yazıları, video çəkilişlərlə bağlı ayrıca müddəa var, həmçinin dediyim kimi jurnalistin xüsusi təhqiqat aparmaq hüququ var. Eyni zamanda istinad etdiyimiz Avropa Konvensiyaları və Avropa Məhkəməsi var. Axı bu maddələr bizə ictimai əhəmiyyətli hadisə və şəxslə bağlı araşdırma hüququ verir. Burda sıravi, adi, heç bir ictimai əhəmiyyəti olmayan insanlardan söhbət gedir. Məsələn, ötən il televiziyalardan biri bir oteldən Yeni il çəkilişini yayımlamışdı. Həmin çəkilişdə ödənişini etməklə oteldə Yeni ili qarşılayan və heç bir xüsusi ictimai əhəmiyyəti olmayan adamlardan biri ailəsi üçün arzuolunmaz şəxslə bir yerdə görüntülənmişdi. O ailədə ciddi faciə yaşadı. Axı medianın insan haqlarını bu cür pozmağa da ixtiyarı yoxdu. Və ya ictimai əhəmiyyəti olan şahzadə Diananın ölüm səbəbi məhz paparasilərdən qaçması oldu. O zaman həmin insanların haqqı məsələsi də var axı”.
Tərəf müqabilinin bu fikri ilə razılaşan İ. Ağazadə bildirib ki, o, “KİV haqqında” dəyişiklikdə şəxsi həyatla bağlı məsələnin konkret olaraq əksini tapmasını təklif edib.
Debatda tərəflər iştirakçıların suallarını cavablandırıb, ekspertlər mövzu barədə öz fikirlərini bildiriblər.
Yadigar Məmmədli bildirib ki, qanunun tətbiqindən sonra elə bir vəziyyət yaranacaq ki, jurnalistlərin çəkiliş aparmasına qarşı total şəkildə təzyiqlər, qadağalar olacaq.
Ekspert Rəşid Hacılı isə bildirib ki, qanunlara edilən düzəliş başa düşülən olsa da, məntiqsizdir.
Media
“IV Divar” serialı bu gündən etibarən AzTV-də! - VİDEO
MEDİA: “Nexta” kanalı Goranboyda baş vermiş yanğınla bağlı ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayıb
Azərbaycanlı jurnalistlər i24NEWS telekanalının redaksiyasını ziyarət ediblər - FOTO
Akko meri Albert Aqarunovun xatirəsinin əbədiləşdirilməsi haqqında sertifikatı qardaşına təqdim edib - FOTO
Xəbər Lenti
İraq Səudiyyə Ərəbistanına PUA hücumunu pisləyib
Ağ Ev Rusiyanın ABŞ-da keçiriləcək G20 toplantısına dəvət olunduğunu təsdiqləyib
KİV: İsrail Dəməşq yaxınlığındakı yaşayış məntəqəsini artilleriya atəşinə tutub
Hakan Fidan Səudiyyə Ərəbistanının XİN rəhbəri ilə bölgədəki vəziyyəti müzakirə edib
Putin: Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsi Rusiya ilə müharibə deməkdir
Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
"Beşiktaş" öz meydanında "Erzurumspor"u darmadağın edib
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
Husilər Səudiyyə Ərəbistanının hücumları nəticəsində 44 dinc sakinin öldüyünü açıqlayıb
ABŞ Nümayəndələr Palatasında Rusiyaya qarşı yeni sanksiyalar layihəsi səsverməyə çıxarılacaq
Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb
“Fənərbaxça” İsmail Kartalın komandanın baş məşqçisi postunda qaldığını açıqlayıb
Avropa Komissiyası Ukraynaya “Patriot” raketləri və PUA-lar üçün 6,1 milyard avro ayırıb
Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb
Misir Prezidenti Yaxın Şərqdə vəziyyətin sabitləşəcəyinə ümid edir
Yəmən ordusu Moha yaxınlığında husilərin mövqelərinə kütləvi hava zərbələri endirir
İsrail Qəzzada HAMAS-ın iki komandirini öldürdüyünü açıqlayıb
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb
Şuşada Meksikanın Müstəqillik Günü qeyd olunub - FOTO - VİDEO
Rusiyanın Dneprə hücumu nəticəsində 12 nəfər yaralanıb
Husilər Səudiyyə Ərəbistanının 9 hərbi təyyarəsini vurduqlarını iddia edirlər
“Sea Breeze 2026”nın ilk oyununda qalib bəlli olub
“Sea Breeze 2026”: Təmsilçimiz turnirə qələbə ilə başladı - YENİLƏNİB
Gürcüstanda vətənə xəyanətdə ittiham olunan müxalifət lideri saxlanılıb
“Neftçi” “İmişli”ni məğlub edib
Səfirlik: ABŞ-ın qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq
Diplomatik korpusun nümayəndələri Şuşa şəhərində yaşayış komplekslərini ziyarət ediblər - FOTO
Husilər Yəməndə Qırmızı dənizin sahillərini tam nəzarətə götürüblər
Omanda Körfəz ölkələrinin iştirakı ilə regional toplantı keçiriləcək
Xarici diplomatlar Şuşa qala divarlarını ziyarət ediblər - FOTO
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Qırmızı qəsəbədə Roş ha-Şana bayramı qeyd olunur - FOTO
İsmail Kartalın istefası qəbul edilib
Xarici diplomatlar Şuşada Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş büstlərini ziyarət ediblər - FOTO
FHN-in qurumları arasında səmti müəyyənetmə üzrə çempionata yekun vurulub
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Xarici diplomatlar Şuşada “Sadıqcanın evi”ni ziyarət ediblər - FOTO
MM komitə sədri: Çox zaman müəllimlər qız uşaqlarına deyir ki, nə üçün oxuyursan, tez ərə getməlisən
Xankəndidə regional məşğulluq ekosisteminin qurulması məsələləri müzakirə olunub
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiq edilib
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin sədri təyin edilib
TPAO: “Şahdəniz” Türkiyə və Avropanın qaz təhlükəsizliyinə mühüm töhfə verir
Diplomatik korpusun nümayəndələri Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər - FOTO
Xarici diplomatlar Cıdır düzündə olub - VİDEO
Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Əhalinin yanacaq xərcləri bu il 4%-dən çox artıb
2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib