“Azərbaycanın dövlətçilik tarixi: başlanğıc nöqtə” mövzusunda debat keçirilib - FOTOSESSİYA
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru Qasım Hacıyev, Bakı Dövlət Universitetinin (BDU) müəllimi, hüquq elmlər namizədi Xəyyam İsmayılov və tarix elmlər namizədi Məhərrəm Zülfüqarlı iştirak edib. Debatın moderatoru APA-nın əməkdaşı Elnur Məmmədli olub.
“Azərbaycan tarixinə aid olan bu dövlətlərdən birincisi Manna dövlətidir”
Elnur Məmmədli: Azərbaycanın dövlətçilik tarixi hansı tarixi dövrdən hesablanır, nə qədər qədimdir?
Qasım Hacıyev: Bütün tarixçilər Azərbaycanın dövlətçilik tarixinin qədim olduğunu bildirirlər. Bunu bilmək üçün məsələyə bir qədər ətraflı yanaşmaq lazımdır. Azərbaycan qədim insan yaşayış məskənlərindən biridir, bunu dünya alimləri də deyir. Dünya miqyasında ən qədim yaşayış yerlərindən biri Qarabağ bölgəsindəki Azıx mağarasıdır. Bu sübut olunub. Azıxantropun yaşadığı ərazinin özü arxeoloji baxımdan öyrənilib. Bunlar dövlətçilik tarixinə aid olmasa da, insanlığın yaranmasının özü dövlətlərin yaranmasına gətirib çıxarıb. Quruçay mədəniyyəti ilk insan mədəniyyətidir, bu, birinci dövrdür. Azərbaycan ərazisində ən qədim ərazi Kür-Araz mədəniyyətidir. Kür-Araz mədəniyyəti Azərbaycanın ilk insan yaşayış məskəni olan Qarabağın ətrafında yaranıb, ondan sonra Şimali Qafqazda Çeçenistana qədər olan, bu biri tərəfdən Əfqanıstana, Türkiyəyə, İrana qədər böyük bir ərazini əhatə edir. Bu maddi mədəniyyətin ardınca intensiv olaraq insan cəmiyyətinin inkişafı nəticəsində eyni zamanda Xocalı-Gədəbəy mədəniyyəti meydana çıxıb. Xocalı-Gədəbəy mədəniyyəti də tunc dövrünün sonu, dəmir dövrünün əvvəllərini əhatə edən bir mədəniyyət dövrüdür ki, burada da insan cəmiyyətinin tədrici inkişafı özünü göstərir. İlk metalın yox, dəmirin ixtirası ilə dünyada böyük bir inqilab edib ki, insan cəmiyyəti sürətlə inkişafa başlayıb. Yaranan dövlətlər də, tayfa ittifaqları da, ən çox dəmir dövründə olub. Dəmir dövründə Azərbaycanda, Qafqaz ərazisində VII əsrdə ilk dövlətlər meydana çıxdı. Azərbaycan tarixinə aid olan bu dövlətlərdən birincisi Manna dövlətidir. Sonra Midya, ardınca Skif (Sak) dövləti meydana çıxdı. Əhəmənilərin hakimiyyəti dövrünü də bura daxil edə bilərik, bununla Azərbaycanın dövlətçilik ənənəsi inkişaf edib. Nəhayət Makedoniyalı İsgəndər Daranı öldürəndən sonra Əhəmənilər dövlətinə son qoyuldu və bununla da bir növ dövlətçilik ənənəsi dəyişdi. Bu ərazilərdə Parfiya dövləti yarandı.
Elnur Məmmədli: Amma bu dövlətin fars dövləti olması barədə kifayət qədər iddialar var...
Qasım Hacıyev: Bəli, belə iddialar var. Bəziləri deyirlər ki, bunlar farslar olub. Amma onlar fars deyildi. Əhəmənilər fars idilər. Parfiyalılar yunan mənşəli əhali idi, amma onların tərkibində yerli xalq və dövlətçilik ənənələri var idi. Yerli xalq onlara tabe idi. Eyni zamanda həm Əhəmənilərin, həm Parfiyanın ərazisində dövlətçiliyini saxlayan quruluşlar vardı. Eramızdan əvvəl V-IV əsrlərdə Albaniya və Atropatena dövlətləri yarandı. İndiki Azərbaycan Respublikasının daxil olduğu dövlətin bünövrəsi Qafqaz Albaniyası dövlətidir. Amma son vaxtlar bu fikirlərə də irad tutanlar var. Yəni hətta dağıstanlılar onların ari olduğunu deyirlər, həmin mənbələrdə adı çəkilən albanların məhz onların olduğunu deyirlər. Bunlar hamısı mübahisələrdir. Amma ümumiyyətlə tariximizdə olan mənbələrdə Albaniya dövləti Arazdan şimala Dərbəndə qədər olan ərazini əhatə edirdi. Eyni zamanda Arazdan şimalda Naxçıvan da daxil olmaqla böyük bir ərazidə Atropatena dövləti vardı. Bunların adı mənbələrdə IV əsrdən çəkilir. Amma V-IV əsrdən bu dövlətlər olub, yəni Əhəmənilər dövləti mövcud olduqda həmin dövlətin tərkibində də bu dövlətlər olub. Amma onlar müstəqil deyildi. Əhəmənilər dağılanda onlar müstəqillik əldə etdilər. Antik dövrə aid mənbələrdə bu dövlətlərə aid çoxlu sayda məlumatlar var. Albaniya dövləti Ərəb xilafəti dövrünə qədər yaşadı. 705-ci ildə Əbdülməlikin göstərişi ilə ərəb canişini Bərdə şəhərinə gələrək erməni keşişlərinin fitvası ilə böyük yığıncaq çağırdı. O zaman ermənilər burada çox yaşamırdı, amma onların Kilikiyada din xadimləri vardı. Orada axırıncı alban hökmdarı Şeronu həbs etdilər və Şam şəhərində edim etdilər. Bərdədə Albaniyanın kitabxanaları vardı, onları yandırdılar və beləliklə də Azərbaycan ərazisi işğal edilib xilafətin ərazisinə qatıldı. 705-ci ildən 9-cu əsrin sonlarına qədər Azərbaycanda yalnız Aran adlandırılan ərazi xilafətin tərkibində oldu. Dövlət mövcud olmadı. Bu müddət bizim dövlətçilik tariximizdə bir fasilə kimi gedir. Sonradan Sacilər, Salarilər, Şəddadilər, Rəvvadilər dövlətləri yarandı. Atabəylər, Hülakilər, Qaraqoyunlu, Ağqoyunlu dövlətləri də mövcud oldu. Bu dövlətlər Azərbaycanın dövlətçilik tarixinə mühüm mövqeyi olan dövlətlər kimi daxil olublar. Ondan sonra böyük, Azərbaycanın bir hissəsini yox, bütün Azərbaycanı əhatə edən Səfəvilər imperiyası yarandı. Bu imperiya bir neçə əsr mövcud oldu. Amma Səfəvilər zəifləyəndə və dövlət təhlükə altında qalanda Nadir Şah hakimiyyəti ələ keçirdi və Əfşarlar dövlətini yaratdı. İranda həm Səfəviləri, həm Əfşarları İran dövləti adlandırırlar. Amma bunların heç biri İran dövləti olmayıb. Qacarlar da Azərbaycan dövlətidir. Qacarlardan sonra Azərbaycanda ciddi şəkildə parçalanma oldu, 20 xanlıq yarandı. Onların da yarıdan çoxu Rusiyanın tərkibinə keçdi. XIX əsrin əvvəlindən axırına kimi çar Rusiyasının apardığı siyasət nəticəsində bu ərazi əyalətə çevrildi, ayrı-ayrı quberniyalar yarandı.
Bu qədər çətinliklərdən sonra isə XX əsrin əvvəlində müstəqil Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. 23 ay yaşamasına baxmayaraq, Xalq Cümhuriyyəti dövlətçilik tariximizdə mühüm əhəmiyyətə malik olan dövlətdir. İndi Azərbaycan xalqının malik olduğu dövlət də həmin dövlətin bərpasıdır. Bu gün də azad bir ölkədə yaşayırıq, möhkəm dövlətçilik ənənəsi var. Necə ki, böyük imperiyalar vaxtında Albaniya dövləti öz nüfuzunu saxlaya bilən bir dövlət oldu, mən bugünkü Azərbaycanı da ona bənzədirəm. Özünün sərhədləri, pul vahidi, iqtisadi quruluşu, özünün dünya xalqları ilə əlaqələri olan bir dövlətdir.
Üç min illik dövlətçilik tarixi...
Elnur Məmmədli: Manna və Midiyanın Azərbaycan türk dövləti olub- olmaması barədə mübahisələr var. Siz necə düşünürsünüz? Bu iddiaları səsləndirənlər əsas kimi həmin dövlətlərin rəhbərlərinin türk mənşəli olmamasını göstərirlər...
Məhərrəm Zülfüqarlı: Biz tarixə müasir psixologiya, müasir baxışla baxanda bu, obyektiv baxış olmur. Bizim İslamaqədərki tariximiz var ondan sonrakı tariximiz. İslam psixologiyası ilə biz Girdman dövlətinə baxanda, Cavanşirə baxanda və yaxud ondan əvvəlki dövlətlərə baxanda onda ögeylik yaranacaq. Yəni bizim psixologiyada olan bu ögeylik Dağlıq Qarabağ probleminin yaranmasında da müəyyən qədər özünü göstərdi. Məsələn, Alban abidələrinə olan ögey münasibət ona gətirib çıxardı ki, ermənilər gördü ki, müsəlman əhalisi kilsəyə biganə yanaşır və “sənin deyilsə, deməli mənimdir” prinsipini əsas götürdü. Həmin kilsələrə müəyyən dəyişiklik etməklə özünün olduğunu bildirdi. Stalinin bir sözü vardı - “Azərbaycanlıların babaları Midiyalılar olub”. Totalitar dövlətdə rəhbər nə deyirsə, hamı onu təsdiqləyir. Onun sözündən sonra tarixçilər bu tezisi sübut etməyə başladılar. Stalin öləndən sonra Azərbaycanlı tarixçiləri sübut etdilər ki, Midiya Azərbaycan dövləti deyil. Midiya Azərbaycan ərazisini işğal etmiş bir dövlət olub. Manna, Albaniya, Atropatena isə bizim dövlətlərimiz olub.
Elnur Məmmədli: Amma bunun Azərbaycan dövlətçilik tarixinə təsiri olub...
Məhərrəm Zülfüqarlı: Azərbaycanın 3 min ildən artıq dövlətçilik tarixi var. Bunun təxminən 2 min ili işğallara aiddir, min ili isə müstəqillik dövrüdür. Bu bizim tariximizdir və hər bir dövr tədqiq olunmalıdır. Mən özüm Turizm İnstitutunda dərs deyirəm və tələbələrə də deyirəm ki, siz Azərbaycanın dövlətçilik tarixi ilə fəxr etməlisiniz. Bununla bağlı minlərlə nüanslar var. Bunlardan biri Aquen Kilsə Məclisinin qəbul etdiyi qanundur. Bu məclis 488-ci ildə keçirilib. Avropada dövlət olmadığı bir vaxtda Azərbaycanda parlament səviyyəli demokratik şəkildə bir qanun qəbul olunub. Yəni Aquen Kilsə Məclisində o zaman Albaniyanın bütün əyalətlərindən gəlmiş dini rəhbərlər, mülki şəxslər hamısı öz möhürü il o qanunu təsdiq ediblər. Bu kollektiv şəkildə qəbul olunmuş bir qanundur. Mən bunu ona görə vurğulayıram ki, Aquen qanununda elə maddələr var ki, müasir dövrdə də aktuallığını itirməyib. Məsələn, qan qohumluğu olanlara evlənməyə qadağa qoyulması. Oğurluqla bağlı belə maddə var, keşiş kilsədən oğurluq edirsə, o kilsədən qovulur, oğlu isə kilsə üçün işləməyə götürülür. Məsələn, vergi məsələsində demokratik maddələr var. Vergilər müəyyən olunur, amma qeyd edilir ki, kimin əkin-biçini yoxdursa, ondan vergi tutulmur. Müasir dövr üçün aktual və maraqlı olan daha bir fakt var. Bildirilir ki, əgər hər hansı bir kişi üzrlü səbəb olmadan ailəsini atıb, başqa bir qadınla nikahsız yaşayırsa, o yaramazdır. Bunu V əsrdə bizim qanunlar deyir. XXI əsrdə isə öz aktuallığını saxlayır. Bu həqiqətən fəxr etməli bir məsələdir. Həmişə kimlərinsə bizə vasitəçilik etdiyi iddia olunur. Amma bizim də vasitəçilik etdiyimiz vaxtlar olub. Girdiman dövlətinin sərkərdəsi, qəhrəman Cavanşir Ərəb xilafəti ilə Bizansa onların özlərinin xahişi ilə vasitəçilik edib. İndi bizim problemimizi onlar həll etmək istəyir, amma vaxtilə Azərbaycan dövlətləri belə missiyaları yerinə yetirib. Dövlətçilik tariximizdə Girdiman dövlətinin, xüsusilə Cavanşirin misilsiz rolu var. Amma çox təəssüf ki, biz bunu hələ layiqincə qiymətləndirə bilməmişik.
“Öz tariximizi dünyaya olduğu kimi təqdim etməyi bacarmalıyıq”
Azərbaycanın tarixində mövcud olmuş dövlətlərin adında Vətənimizin adı yoxdur. Hamısı ya nəslin adı ilə bağlı olub, ya digər məsələlərlə. Yeganə fakt odur ki, Məhəmməd Əmin Rəsulzadə və onun silahdaşları o zaman çətinliklər bahasına, çar sənədlərindən Azərbaycan sözü tamamilə silindiyi bir dövrdə bu dövlətin adına Azərbaycan adını verdilər. Sonradan 11-ci ordu Azərbaycanı işğal etməyə gələndə artıq dünya dövlətləri Versal Sülh Konfransında bizim dövləti tanımışdılar, bu addan imtina edə bilmədilər. Onlar saxta bir “Müstəqil Sovet Azərbaycanı” şüarı ilə Azərbaycana girdilər. Yəni Azərbaycan sözü artıq dövlətin adı kimi qaldı.
Mən bir şeyi də bildirmək istəyirəm ki, indiki dövrdə İran-Azərbaycan münasibətləri müsbət məcrada inkişaf edir. Azərbaycan-İran münasibətlərində qarşıdurmalı bir şey yoxdur. Azərbaycan və İranın uzun müddət müştərək tarixi olub. Səfəvilər dövlətinin ərazisi, Dərbənddən başlayaraq Hindistana qədər olan ərazini əhatə edirdi. Yəni burada sənin mənim məsələm yox, ümumi məsələlər ola bilər. Sadəcə, tale elə gətirib ki, İran islam respublikasıdır, hakimiyyətdə də farslardır və paytaxtı da Tehrandır. Ona görə də, burada müəyyən problemlər yaranır. Tarixdə bu ərazidə yaranan dövlətlərin əksəriyyətinin paytaxtı Təbriz olub. Sacilərdən başlayaraq Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilərin paytaxtı Təbriz olub. Təbriz Azərbaycan şəhəri olduğuna görə biz bu dövlətləri Azərbaycan dövləti hesab edirik. Amma onun əyalətləri vardı və onlar fars ərazisi idi, amma bu dövlətlərə daxil idi. Ona görə də bu məsələlərdə biz elə mövqe tutmalıyıq, dövlətçilik gücləndikcə biz bunu daha yaxşı sübut etməliyik. Avropa dövlətləri, tarixçilər xəritəyə baxanda görürlər ki, Təbriz hazırda İranın ərazisidir və düşünürlər ki, həmin dövlətlər də İran dövləti olub. Bizim tarixçilərin boynuna böyük yük düşür ki, öz tariximizi dünyaya olduğu kimi təqdim etməyi bacaraq. Dövlətçilik ənənələrimizi daxil etməklə biz tariximizi yazmalıyıq. Çox təəssüf ki, Azərbaycan tarixinin özündə indi problemlər var. Sovet dövründə əlbəttə ki, tarix saxtalaşdırılırdı. İndiki bəzi kitablarda da həmin saxtalaşdırma gedir. Məsələn, Nadir Şahın dövrü fəxr etməli bir dövrdür. Əfşarlar tayfası türklərin ən cəsarətli, ən döyüşkən tayfalarından biridir. İndi yazırlar ki, Nadir şahın vaxtında Osmanlılar Azərbaycandan çıxarıldı, amma buna baxmayaraq, insanlar İran zülmü altında idilər. Burada məntiq yoxdur. Necə yəni Nadir şah mənim özümünküdür, Əfşardır? Onun dövlətini İran dövləti kimi təqdim edirlərsə, mən Avropaya necə deyə bilərəm ki, Nadir Şah, Şah İsmayıl mənimdir? Deməli, tarixçilər Sovet dövründəki təfəkkürünü dəyişməlidir. Əgər biz bunu edə bilməsək, bizim tariximizə göz dikənlər, ona yiyə durmaq istəyənlər daha çevik şəkildə buna nail ola bilərlər. Əgər biz güclü olmasaq, bizim səsimizi eşidən olmayacaq. Ona görə də mən istəyərdim ki, Azərbaycanda yeni yetişən tarixçilərə dövlət qayğı göstərsin. Kimsə Sovet vaxtı Şaumyandan, kolxozdan dissertasiya müdafiə edibsə, bu onun günahı deyil. İndi yeni dövrdə dövlətçilik üçün işləyən tarixçilərə yer verilməlidir. Amma təəssüf ki, hələ də tarix elmini dediyim şəxslər idarə edirlər. Onlar sovet vaxtındakı yazılarından imtina etməyiblər və çox vaxt da Vətən üçün çalışan tarixçilərə problem yaradırlar.
“Azərbaycan tarixşünaslığında ciddi problemlər var”
Xəyyam İsmayılov: Məhərrəm müəllim tarix elmində olan problemlərə çox gözəl toxundu. Azərbaycan tarixşünaslığında həqiqətən də ciddi problemlər var. Bunlardan biri Azərbaycan dövlətçiliyinin haradan istiqamət götürməsi ilə bağlıdır. Bu hələ də tarixçilərin özləri arasında həll olunmamış bir məsələdir. Əvvəllər belə bir ümumi rəy vardı - Qafqaz Albaniyasını Azərbaycanın ilk qədim dövləti hesab edirdilər. Amma sonradan artıq Azərbaycanın qədim dövlətinin Manna olduğu öz təsdiqini tapdı. İndinin özündə bəzi çıxışlarda belə fikirlər səslənir ki, Azərbaycan ərazisində ilk milli dövlət Sacilər olub.
Qasım Hacıyev: Ermənilər də belə deyir.
Xəyyam İsmayılov: Bəli. Hətta bəziləri Səlcuqları deyir. Belə olan halda ümumi yanaşma yoxdur. Bu səhvlər dəfələrlə təkrarlanır. Başqa problem Azərbaycan tarixindəki bölgülərdir. Tarixşünaslıqda bölgü bir qədər subyektiv baxımdan aparılır. Dövlətlərə baxışda əvvəldə olduğu kimi ictimai formasiyalar özünü göstərir. Qlobal və daha vacib məsələlər kənarda qalır və bunun nəticəsində onunla bağlı olan sahələr, o cümlədən Azərbaycanın hüquq tarixində dövrləşmənin aparılmasında çətinlik yaranır.
Elnur Məmmədli: Dövlətin dövlət olması üçün onun atributlarının olması vacibdir. Azərbaycanın tarixi dövlətlərində atributlar nə zamandan mövcud olub, ilk qanunlar nə zaman yaranıb, bu dövlətlərin hüquqi bazası olubmu?
Xəyyam İsmayılov: Azərbaycanda qanunvericiliyin yaranmasının tarixi elə ilk dövlətlərə gedib çıxır. Azərbaycanda baş verən bütün proseslərdə hüquqi məsələlər də olub. Doğrudur, qədim Şərq ölkələrində olduğu kimi, məsələn, Hammurapi, 12 Cədvəl, Manu qanunları kimi bizdə böyük hüquq mənbələri olmayıb. Amma sonradan zərdüştlüyün meydana gəlməsi ilə Avesta qanunları bu boşluğu aradan qaldırdı. Bu qanunlarda bütün məsələlər öz əksini tapırdı. Tariximizdə elə qanunlar var ki, onlar bilavasitə Azərbaycan xalqının yaradıcılığı ilə bağlıdır, amma digər dövlətlərdən işğalları nəticəsində gələn qanunlar da var. Avesta qanunları ilə Aquen Kilsə qanunları eyni vaxtda olub. Amma onlardan biri zərdüştilik, digəri xristianlıq dini ilə bağlıdır. Bu da bizim dövlətçilik tariximizin zənginliyi ilə bağlıdır.
Sonrakı dövrlərdə islam dinindən sonra bir sıra yeni qanunlar və mədəniyyətlər yarandı. Bu qanun və mədəniyyət insanların həyatının bütün sferasını əhatə etdi. O nöqteyi-nəzərdən də biz İslam hüququnu gəlmə hüquq kimi qəbul etmirik, Azərbaycanın öz hüquqi mənbəyi kimi qəbul edirik. İslam hüququnda isə doğrudur ki, dövlətçilik məsələləri çox cüzidir. Bu qanunlarda bütövlükdə cəmiyyətlə şəxsiyyət arasındakı münasibətlər, dövlətlə şəxslərin münasibətlər öz əksini tapır. Burada dövlətə fərd kimi yanaşılır. Müasir dövrdə İslam hüquq sistemi tətbiq olunmasa da, İranda, Pakistanda bu hüquq sistemi tətbiq olunur və bilavasitə artıq hüquq sistemi kimi öz təşəkkülünü tapıb. Uzun müddət bu hüquq sistemi Qərbdə qəbul olunmurdu. Amma Qərb ölkələrinin alimlərinin özlərinin apardığı tədqiqatlar ona aparıb gətirib çıxardı ki, bu əlahiddə bir hüquq sistemidir, Roman-German, İngilis - Sakson sistemləri kimi tam həyati bir qabiliyyətə malikdir. İslam hüquq sisteminin Azərbaycana təsiri digər hüquq sistemlərindən az deyil.
Elnur Məmmədli: Qədim dövlətlərdən bu günə gəlib çatan qanunlar varmı?
Xəyyam İsmayılov: Manna, Midiya dövlətindən bizə gəlib çatanlar yalnız dövlət rəhbərlərinin fərmanlarıdır. Bunlar da əsasən dövlət idarəçiliyi, ayrı-ayrı şəxslərin cəzalandırılması, vergilər, torpaqların hüquqi təyinatı ilə bağlı məsələlərdir. Bunlar Azərbaycan tarixində ilkin hüquqi mənbələr hesab olunur. Bunlar da geniş tədqiq olunmamış məsələlərdəndir. Bunlarla bağlı tam araşdırılmış bir əsər ortaya qoyulmayıb.
Elnur Məmmədli: Bəs dövlət rəmzləri necə formalaşıb?
Xəyyam İsmayılov: Bunlar qədim dövlətlərdə də olub, orta əsrlərdə də və bu gün də mövcuddur. Həmin dövlətlərin hər birinin pul vahidləri olub. Amma bütün bunlar hüquqi bir formada qanunvericiliklə əsaslandırılmış şəkildə yalnız Xalq Cümhuriyyəti dövründə baş verdi. O zaman dövlət rəmzləri ilə bağlı çoxsaylı qərarlar qəbul edildi. Azərbaycanın dövlət bayrağı həmin vaxt qəbul olunmuş bayraqdır. Xalq Cümhuriyyəti dövründə demokratik hüquqi dövlət qurulurdu. Artıq monarxiya ideologiyası arxa plana keçirilmişdi. Orada parlament üzvlərinin dövlət qulluğu tutması qadağan edilirdi, qərarverici orqanla icraedici orqanların səlahiyyət bölgüsü vardı.
“Şabranda pomidor sahəsinin altında şəhər yatır”
Elnur Məmmədli: Demokratik idarəetmənin prinsiplərindən biri kollegial idarəetmədir. Azərbaycanda mövcud olan tarixi dövlətlərində belə hallar olubmu?
Məhərrəm Zülfüqarlı: Kollegiallıq türk tayfalarının yaranışından olub. Dədə Qorqud dastanında da bunlar görünür. Ağsaqqalların toplantıları, onların qəbul etdiyi qərarlar hamısı demokratik idi. Xəyyam müəllim bildirdi ki, hələ ki, Azərbaycan tarixi tam tədqiq olunmayıb. Doğrudur, Azərbaycan tarixi çox zəngindir. Əgər bu gün əlimizdə hansısa material yoxdursa, bu o demək deyil ki, o yoxdur. Biz onu hələ tapmamışıq. Tapmaq üçün də Azərbaycan dövləti güclü olmalıdır, Tarix İnstitutuna, Arxeologiya və Etnoqrafiya İnstitutuna yaxşı büdcə ayrılmalıdır ki, arxeoloji qazıntılar aparılsın, həmin mənbələr üzə çıxsın. Amerika və Azərbaycan arxeoloqlarının Naxçıvanda apardıqları qazıntıda mixi yazılar üzə çıxdı. Biz deyirdik ki, mixi yazılar adətən Cənubi Azərbaycanda Urmiya gölünün ətrafında olub. Amma artıq Naxçıvanda, Şəkidə də tapılıb. Xəyyam müəllim bildirir ki, bizdə Hammurapinin qanunları kimi qanun olmayıb, amma ola bilsin ki, sabah elə bir maddi mədəniyyət abidəsi üzə çıxar ki, bizim tarixə olan münasibətimiz daha dərinə gedə bilər.
Demokratik prinsipli idarəetməyə gəldikdə, yuxarıda qeyd etdiyim kimi əgər V əsrdə Aquen qanunları kollegial şəkildə qəbul olunubsa deməli, Azərbaycan tarixində belə hallar çox olub. Sadəcə olaraq qeyd etdiyim kimi Azərbaycan müstəqil dövlət kimi gəncdir, bu iş hələ tam tədqiq etməyib. Bu işi də tarixçilər aparmalıdır. Buna da bilavasitə qayğı lazımdır. Açıq demək lazımdır ki, bu gün tədqiqatçıların əksəriyyəti vətənpərvər insanlardır, öz maddi hesabları ilə kitab hazırlayır, tədqiqat aparırlar. Yəni bu insanlar bunu edirlərsə, onları həvəsləndirmək lazımdır. Məsələn, gənc aspirantlar var, onlar elmə həvəslə gəlirlər, bunlara maddi stimul olmalıdır. Əgər biz bu gün arxeologiya üzrə ixtisaslaşan tələbələri məvacib verməklə yalnız yayda tətil vaxtı Azərbaycanın müxtəlif yerlərinə ekspedisiyaya göndərsək, daha maraqlı materiallar əldə olunar. Mən özüm Şabran şəhərinin qazıntısında iştirak etmişəm. Pomidor sahəsinin altında şəhər yatır. Bir-iki metrdən sonra şəhər qalıqları çıxır. Azərbaycan torpağının altı tarixdir. Bu sahəyə diqqət ayrılsa, kifayət qədər material toplamaq olar. Biz Avropa, Amerika tarixçiləri ilə üz-üzə oturacağıq, onlarla müzakirə aparanda əlimizdə yaxşı materiallar olmalıdır. Təkcə vətənpərvərliklə iş bitmir. Lap elə sovet dövrünü götürək, mənim doktorluq işim sovet dövrünün tarixşünaslığıdır. O qədər zəngin materiallar var ki...
Xəyyam İsmayılov: Hüquq tarixində də bu məsələ problem olaraq qalır. Hər hansı tədqiqatçı sovet dövrü ilə bağlı bir məsələdən yapışmaq istəyəndə ona deyirlər ki, bu məsələ sovet vaxtı araşdırılıb. Amma məsələlərə hansı prizmadan yanaşılıb, hansı ideologiya əsas götürülüb buna diqqət yetirilmir. Belə çoxsaylı problemlər var. Tutaq ki, İqrar Əliyev o zaman Midiyanın tarixi ilə bağlı əsər yazıb. Ondan sonra kimsə bu sahədən yapışmaq istəyəndə, ona deyirlər ki, bu sahə artıq tədqiq olunub. Bu ifadəni işlətmək özü qüsurludur.
Məhərrəm Zülfüqarlı: 2001-ci ildə Səfəvilər dövlətinin 500 illiyini qeyd etməklə bağlı məsələ ortaya çıxdı. Bizə başqaları lazım deyil, elə içimizdən çıxanların bəziləri dedi ki, bunu qeyd etmək düzgün deyil, Şah İsmayıl Şirvanda filan qədər insan qırıb. Bu çox bəsit və səhv yanaşmadır. Mərkəzləşmiş bir dövlətin qurulmasının yubileyini qeyd etmək istəyəndə Sovet dövrünün yetişdirdiyi bir sıra insanlar belə fikirlər işlətdi.
Qasım Hacıyev: Bu problemlərin dilə gətirilməsi müsbətdir. Yəni biz nəyi yarıtmırıq, bizim üçün nəyi yaratmırlar, bunlar deyilməlidir. Midiya dövləti haqqında danışanda... Bizim tariximiz kifayət qədər qarışıqdır. Amma biz bunları kənara qoyuruq. Əbülfəz Elçibəy şərq tarixini dərindən bilən şəxslərdən biri idi. O yazdığı kitabda Midiyanın farslardan əvvəl türklər tərəfindən yaradıldığı əsaslandırılırdı. Bunu deyən başqa tarixçilər də var. Sovet dövründə bu barədə çox yazmağa imkan verilmirdi. Amma müasir dövrdə də elə tarixçilər var ki, obyektiv yazmırlar. Akademiyanın müxbir üzvü yazır, rəy verir ki, Bakı şəhəri Bakulavan olub, burada Protolomeyi ayağından asıblar. Bununla tariximizin altına bomba qoyurlar. Sovet vaxtı Ağayan adlı erməni Bakıxanovun kitabını çap etdirmək üçün təşəbbüs göstərdi. Sonra məlum oldu ki, Bakıxanovun xəritəsində İrəvan Xanlığını çıxarıb, sadəcə, İrəvan yazıb, xanlıq sözünü götürüb. İranla bizim müştərək tariximiz olub, dilimizdən başqa dövlətçilik ənənələri, mədəniyyət bir olub. Amma təəssüflər olsun ki, farslar bizə həddindən artıq düşmənçiliklə yanaşır. Çalışırıq ki, bunu deməyək. Axundovun dediyi kimi, cini şeytanı yadımızdan çıxarmaq istəyirik amma çıxmır. Tehranda keçirilən bir elmi konfransda divarlarda 12 xəritə asılmışdı. Orada dünyanın 800-dən artıq alimi iştirak edirdi. O xəritələrin heç birində Azərbaycan adı yox idi. Bu düşmənçilikdir. Etnogenez məsələsi Azərbaycan tarixində hələ də ciddi təhlil olunmayıb. 7 cildlik Azərbaycan tarixində Cənubi Azərbaycan çox səthi işıqlandırılıb. Ora bizim doğma torpaqlarımız kimi yanaşılmalıdır. Həm dövlətçilik tariximizdə, həm də ümumi tariximizdə bu öz əksini düzgün tapmalıdır.

Media
Lent.az-ın 18 yaşı tamam olur
Azərbaycan, Serbiya və Türkiyə arasında media sahəsi üzrə təcrübə mübadiləsi keçirilib
MEDİA: Bəzi saytlarda DİM-in məlumatları şişirdilmiş başlıqlarla verilib, bu, qəbuledilməzdir