Nəsiman Yaqublu: “Xalq Cümhuriyyəti Azərbaycan xalqının mövcudluğu sahəsində ən böyük hadisədir” - MÜSAHİBƏ
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Azərbaycanın dövlətçilik tarixi: Bilmədiklərimiz” layihəsi çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin araşdırıcısı Nəsiman Yaqublu ilə müsahibə
- Azərbaycanın demokratik dövlətçilik tarixindən danışmaq üçün ilk növbədə hansı dövrdən başlamaq lazımdır?
- Azərbaycanın dövlətçilik tarixindən danışmaq üçün qədim dövrlərdən başlamaq olar, ancaq demokratik dövlətçilik tarixi 1918-ci ilin mayın 28-dən başlayır. Həmin gün biz bütün müsəlman və türk dünyasında ilk dəfə olaraq demokratik bir dövlət yaratmışıq. Bu mənada demokratik dövlət quruculuğunun tarixi Azərbaycan Xalq Cümhuriyyəti dövründən başlanır. Ancaq bu vaxta qədər də dünyada yaşayan türklər say etibarı ilə 113-ə qədər dövlət qurublar. Azərbaycan Xalq Cümhuriyyəti bu sırada 114-cü dövlət idi. Bizim qurduğumuz demokratik dövlət onların hamısından fərqlənirdi. Bu tipli dövləti ilk dəfə Azərbaycan türkləri qurub. Biz bununla fəxr edirik. Ancaq heç kim düşünməsin ki, bu, 1918-ci ilin mayın 28-də baş verən hadisədir. 28 May nəticədir, səbəb isə ayrıdır.
- Axı çox zaman 28 Mayı həm səbəb, həm də nəticə kimi göstərirlər...
- Bu səhv yanaşmadır. Azərbaycanın tanınmış ziyalıları belə bir dövlətin qurulması uğrunda mübarizə aparıblar və böyük yol keçiblər. Məhəmməd Əmin Rəsulzadə bu mübarizənin adını “Azərbaycan davası” qoymuşdu. O, 1934-cü ildə yazdığı “Milli Azərbaycan hərəkatının xarakteri” əsərində deyirdi ki, Milli Azərbaycan Hərəkatı şərqin milli qurtuluş ideyaları ilə qərbin demokratİya cərəyanlarını özündə birləşdirə bilən bir hərəkatdır. Yəni bizim cümhuriyyətimiz milli Azərbaycan hərəkatından doğub. Burada həm şərq, həm də qərb var. Biz bura Azərbaycanın milli mənəvi dəyərlər sistemini də əlavə etməliyik. Hansılar ki, bu milli mənəvi dəyərlər cümhuriyyətin yaranmasında, formalaşmasında, idarə olunmasında öz əksini tapırdı. Bu ilk növbədə Azərbaycanın üç rəngli bayrağıdır və burada islamlaşmaq, türkləşmək, müasirləşmək əsas xətt kimi götürülüb. Bu ideyanın müəllifi olan Əli bəy Hüseynzadə müasirləşməklə bağlı deyirdi ki, biz dönüb Avropalı olmayaq, Avropadakı inkişafı, tərəqqini götürüb öyrənək və dönüb özümüz olaq. Ancaq bu fikrə müasirləşmək mənasında siyasi, dövlətçilik yükü verən Məhəmməd Əmin Rəsulzadə oldu. O, 1916-cı ildə “Tutacağımız yol” adlı proqram xarakterli məqaləsində göstərir ki, dünyanın siyasi xəritəsi dəyişəcək. Ancaq hələ o vaxt Birinci Dünya Müharibəsi qurtarmamışdı. Siz təsəvvür edin ki, 1918-ci ildə doğurdan da dünyanın xəritəsi dəyişdi. Bu məlum hadisələri bir daha yenidən sadalamaq istəmirəm. Bizim Xalq Cümhuriyyəti üç mərhələdən keçən mübarizənin nəticəsində elan olunub. Biz ilk növbədə mədəni muxtariyyət mərhələsini, sonra ərazi muxtariyyəti, daha sonra isə istiqlal mərhələsini keçmişik. Birinci mərhələ XIX əsrin ortalarından başlayıb. Həmin vaxt Mirzə Fətəli Axundovla Azərbaycanda yeni düşüncə yaranıb, ictimai şüur formalaşmağa başlayıb. İkinci mərhələ Həsən bəy Zərdabinin “Əkinçi” qəzeti ilə başlayıb. Mən Azərbaycanda siyasi düşüncənin başlanğıcını Həsən bəy Zərdabinin adı ilə bağlayıram. Təsəvvür edin, biz ilk qəzetimizi 1875-ci ildə nəşr edəndə artıq ermənilər 100 ilə yaxın bir müddətdə - 1797-ci ildən öz qəzetlərini çıxarmağa başlayıblar. Əlimərdan bəy Topçubaşov da bu sahədə böyük bir mərhələnin başlanğıcını qoyub. O, Rusiya müsəlmanlarını birləşdirmək, onları ayağa qaldırmaq üçün xidmətlər göstərib. 1905-ci ildə Topçubaşov Rusiya müsəlmanlarının ilk qurultayını keçirib. Əli bəy Hüseynzadənin 1905-ci ildə yazıb “Həyat” qəzetində çap etdirdiyi “Türklər kimdir və kimlərdən ibarətdir?” adlı məqaləsi böyük hadisə idi. Avropa dəyərlərinin Azərbaycan gətirilməsində isə Əhməd Ağaoğlunun böyük rolu olub. O, ilk dəfə olaraq, hərbi siyasi təşkilat olan “Difai”ni yaratdı. Bundan sonra artıq Azərbaycanda siyasi təşkilatlanma mərhələsi başlandı. 1911-ci ildə Müsavat partiyası yarandı. Bundan əvvəl isə “Hümmət” təşkilatı yaranmışdı. Cəmiyyət artıq qaynamağa başladı. Yəni bu dövrlərdən milli düşüncə, milli əxlaqla bağlı məlumatlar mətbuatda çap olunmağa başladı. Artıq buradan Rəsulzadə mərhələsi başlayır. O, özünün 7 məqalədən ibarət “Milli birlik nədir?” başlıqlı yazıları ilə deyirdi ki, bunları öyrənmədən millətin istiqlalına nail olmaq mümkün deyil. Milli tərəqqi haradan başlayır, maddi, sosial tərəqqi nədir? Bunların sonunda isə istiqlal gəlirdi. Rəsulzadə bu məqalələrində sxem çəkərək göstərirdi ki, milli, mənəvi və maddi tərəqqiyə, milli şüura yiyələnmək sonda istiqlalla nəticələnir. Bu, 1913-cü ilin prosesdir. Hələ 1918-ci ilə 5 il vardı. 1917-ci ildə Rəsulzadənin “Açıq söz” qəzetində “Cümhuriyyət” məqaləsi çıxıb. O bu məqalədə bizə necə bir dövlətin lazım olduğunu yazıb. Yazıb ki, bir var “cümhuriyyəti ənam”, bir də var “cümhuriyyəti xas”. Yəni bir var imtiyazlı və seçilmiş adamların cümhuriyyəti, bir də var xalqın cümhuriyyəti. Elə ona görə də yaratdığı dövlətin adını Azərbaycan Xalq Cümhuriyyəti qoyub. Dövlətin adı elə bu məqalədən götürülüb. “Xalq cümhuriyyəti” anlayışı təkcə adda deyil, eyni zamanda mahiyyətdə də öz əksini tapırdı. 23 aylıq dövlətimizdə prezident idarəçilik sistemi olmadı. Prezident seçkilərinə hazırlığın başlanması 1920-ci ilin may-iyun aylarına planlaşdırılırdı. Ancaq məlum hadisələr buna mane oldu. Bizdə parlamentli respublika idi. Parlamentdən kənarda heç bir dövlət strukturu mövcud ola bilməzdi. Bəzən deyirlər ki, o dövrdə anarxiya olub və dörd dəfə hakimiyyət kabineti dəyişib. Ancaq bunu deyənlər anlamırlar ki, bunun özü elə demokratiyanın göstəricisi idi. Bizim ən böyük qazancımız demokratik idarəçilik sisteminin formalaşdırılması idi. Cümhuriyyəti quran insanların yüksək savadı və bacarığı olub. Statistik hesablamaya görə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan olunan ərəfədə ölkədə 2 milyon 700 minə qədər əhali yaşayıb. Onun 1 milyon 900 minini müsəlmanlar, 300 minini ruslar, 350-400 minini ermənilər təşkil edib. Təsəvvür edin ki, bu qədər əhalinin içində cəmi 62 nəfərinin yüksək ali təhsili var idi. Orta təhsilli insanlar isə çox idi. Elə 100-dən çox insan Qori Seminariyasını qurtarmışdı. Həmin 62 nəfərin 26-sı Milli Şuranın İstiqlal Bəyannaməsinə qol çəkib. Azərbaycanın Xalq Cümhuriyyətinin əsası 6 maddəlik İstiqlal Bəyannaməsində göstərilib. Orada 4-cü maddədə yazılıb ki, Azərbaycanda yaşayan bütün insanların siyasi hüquq və azadlıqları mövcuddur. Bu maddə Azərbaycan Xalq Cümhuriyyətinin necə böyük dövlət olduğunu göstərir.
- Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən qəbul olunan qanunlar haqqında nə deyə bilərsiniz?
- Cəmi 17 ay fəaliyyət göstərən bu parlamentdə 270-dək qanun hazırlanaq müzakirəyə çıxarılıb, onun 230-u qəbul edilib. Özü də bu qanunlar ordan - burdan oğurlama sənədlər olmayıb. Onlar qəbul etdikləri qanunları özləri yazırdılar. Bu qanunların əksəriyyəti Azərbaycan reallığından doğan qanunlara çevrilirdi. Hökumətin hazırladığı proqramlar yalnız parlamentdən keçəndən sonra qəbul oluna bilərdi.
- O qanunlardan indiki Milli Məclis tərəfindən yenidən qəbul olunanı yoxdur ki?
- Uyğun gələn bəzi sənədlər var. 1919-cu ildə qəbul edilən Mətbuat Nizamnaməsi ilə müasir dövrdə Azərbaycan Milli Məclisi tərəfindən qəbul edilən “Kütləvi İnformasiya Vasitələri haqqında” qanunda böyük oxşarlıq var. O dövrdə mətbuat üzərindən senzura götürüldü və qısa müddət ərzində Azərbaycanda 100-ə yaxın mətbuat orqanı tam azad şəkildə fəaliyyət göstərməyə başladı. Mətbuat Canişinliyinə qəzet çıxarmaq üçün bircə məktub yazmaq və fəaliyyətə başlamaq kifayət idi. Bundan başqa, mədəniyyətlə, təhsillə bağlı olan qanunvericilikdə eyni müddəalar çoxdur. Məsələn, təhsilin milliləşdirilməsi Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən prioritet elan olunmuşdu. Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən qəbul olunan bir sıra qanunları o cümlədən, qadın azadlığı ilə bağlı qanunları Avropa dövlətləri 30-cu illərdə qəbul etdilər. Yəni Azərbaycan Xalq Cümhuriyyətindən danışanda elə cəmi 23 ayda ilişib qalmaq düzgün deyil.
- Azərbaycan Xalq Cümhuriyyətinin bu gün tam tədqiq olunduğunu demək olar?
- Xeyr. Bu gün də öyrənilməli məsələlər var. Məsələn, Azərbaycanın diplomatiyası ilə bağlı öyrənilməyən çox şeylər qalıb. Açığı bu gün Azərbaycanın xarici siyasət kursunu müəyyənləşdirəndə də həmin dövrdəki diplomatiyadan mütləq öyrənmək lazımdır. Orada Rusiya, ilə ermənilərlə maraqlı toqquşmalar var. Onlar uzun sürən diplomatik danışıqlar aparıblar ki, Rusiya Azərbaycanı işğal etməsin. Bu adamlardan öyrənmək lazımdır. Məsələn o vaxt Nəsib bəy Yusifbəyli belə bir təklif vermişdi ki, neft dünyaya Azərbaycanın öz milli pulu ilə satılsın, dollarla yox. Bundan başqa, Azərbaycan Xalq Cümhuriyyətinin ən böyük uğurlarından biri müstəqilliyin dünya dövlətləri tərəfindən tanıması olub. Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə 13 nəfərdən ibarət nümayəndə heyəti Versal Sülh Konfransında iştirak edərək, Azərbaycanın müstəqilliyinin 23-dək dövlət tərəfindən tanınmasına nail olublar. Ən nəhayət bir məqamı mütləq qeyd etmək lazımdır. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ona görə misilsiz bir iş idi ki, 1920-ci ildə qurulan SSRİ dövləti bizim ölkəmizi müstəqil bir respublika kimi təşkilatın tərkibinə daxil etməyə məcbur oldu. Yoxsa bizi də Çeçenistan, Tatarıstan, Kabardin-Balkariya kimi muxtar statusda tərkibə daxil edib, tamamilə məhv edəcəkdilər. Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqının bütövlükdə mövcudluğu sahəsində ən böyük hadisədir. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının muzeylərini yaratmaq, onların heykəllərini qoymaq lazımdır. Onların əsərlərini çap etdirib gənc nəslə çatdırmaq vacibdir. Onların həyatı haqqında maraqlı verilişlər, teleseriallar çəkmək gərəkdir. Bu gün hələ də Azərbaycan Xalq Cümhuriyyəti haqında 5 seriyalı bir film çəkilib cəmiyyətə çatdırılmayıb. Bu məsələləri həll etmək lazımdır. İndiyə kimi bu adamların heç birinin məzarı Azərbaycana gətirilməyib. Mən bilmirəm ki, 28 Mayda hara gül aparım qoyum? Topçubaşovun məzarı Fransda, Rəsulzadənin məzarı Türkiyədə, Həsən bəy Ağayevin məzarı isə Tiflisdədir. Bakının görməli yerində onların bir dənə də olsun abidəsi yoxdur. Məhəmməd Əmin Rəsulzadənin məzarını Azərbaycana gətirmək üçün sadəcə, bir ərizə yamaq lazımdır. Belə istək olsa, heç kim mane olmayacaq. Bizə bu istiqlalı sözün əsil mənasında yaşatmaq lazımdır...

Media
Lent.az-ın 18 yaşı tamam olur
Azərbaycan, Serbiya və Türkiyə arasında media sahəsi üzrə təcrübə mübadiləsi keçirilib
MEDİA: Bəzi saytlarda DİM-in məlumatları şişirdilmiş başlıqlarla verilib, bu, qəbuledilməzdir