Azərbaycan Xalq Cümhuriyyəti: monarxiyadan demokratiyaya keçid - ARAŞDIRMA
Bakı. Elnur Məmmədli – APA. 1918-ci il mayın 28-də Şərqdə və müsəlman dünyasında ilk demokratik cümhuriyyət qurulub. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan tarixində inqilabi bir dönüş yaratdı və həmin vaxta qədər mövcud olan monarxiya üsul-idarəli dövlətlərdən fərqli bir dövlət modeli ortaya qoyuldu. Bu yazıda AXC-nin yaranma dövrü, həyata keçirdiyi əhəmiyyətli islahatlar, yazılan tarix, hazırkı müstəqil Azərbaycan dövlətinin bünövrəsinin necə qoyulması barədə tarixçilərin düşüncələrini oxuculara çatdıracağıq.
İstiqlalımız
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, tarix elmlər doktoru Yaqub Mahmudov “Azərbaycan: qısa dövlətçilik tarixi” kitabında yazır ki, bəşəriyyət tarixinin ən dəhşətli və ən qanlı hərbi-feodal müstəmləkə rejimi olan Çar Rusiyası da Azərbaycan xalqının dövlətçilik ənənələrini məhv edə bilməmişdi. Tarixçi bildirir ki, məhz bunun nəticəsi idi ki, 1918-ci ilin mayın 27-də Zaqafqaziya Müsəlman Şurası özünü Azərbaycan Milli Şurası elan etdi, bununla da Azərbaycanda ilk parlamentli respublikanın bünövrəsi qoyuldu. Şuranın ilk iclasında Məhəmməd Əmin Rəsulzadə Milli Şuranın sədri oldu. Mayın 28-də Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının tarixi iclası keçirildi. Həmin iclasda iştirak edən AXC-nin yaradıcıları Azərbaycanın İstiqlal Bəyannaməsini qəbul etdilər.
İstiqlal Bəyannaməsi bütün türk-müsəlman dünyasında, ümumiyyətlə bütün Şərqdə ilk dəfə olaraq Azərbaycanda ən demokratik respublika idarə üsulunun - parlamentli respublikanın yaradılacağından xəbər verirdi.
6 maddəlik İstiqlal Bəyannaməsində deyilirdi:
1. Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyətə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir.
2. Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir.
3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir.
4. Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir.
5. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır.
6. Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur.
Y. Mahmudov gənc Azərbaycan dövlətinin son dərəcə mürəkkəb daxili və beynəlxalq şəraitdə doğulduğunu qeyd edir. Belə ki, o zaman Bakıda hakimiyyəti Stepan Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik ələ almış və Azərbaycanın türk-müsəlman əhalisinə qarşı dəhşətli soyqırımına başlamışdı: “Azərbaycan xalqı öz tarixinin ağır yolayrıcında qalmışdı: ya Milli qurtuluş, ya da ki, məhv edilərək Cənubi Qafqazın etnik-siyasi xəritəsindən tamamilə silinib götürülmək. Azərbaycanı müstəqil dövlət elan etmiş Cümhuriyyət xadimləri məhz belə bir tarixi şəraitdə çaşqın vəziyyətə düşmüş və çıxış yolu tapa bilməyən xalqın önünə keçdi”.
“O zamanın kişiləri ayağa qalxdılar, “biz varıq” dedilər”
Millət vəkili, tarix elmlər doktoru Fəzail İbrahimli bildirir ki, Birinci Dünya Müharibəsinin sonunda dünyada geosiyasi vəziyyət dəyişmişdi və müharibə edən qüvvələrin müvazinəti artıq qeyri-müəyyən idi. Bütün bunlar da təbii olaraq Rusiyada 300 ildən artıq mövcud olan bir monarxiyanı dağıtmağa gətirib çıxardı, Rusiyada bolşeviklər hakimiyyətə gəldi: “O zaman Çar Rusiyasının sərhədlərini bərpa etmək istəyi qalırdı - yəni bu bir rus əxlaqı idi - bolşevik, menşevik, çar olmasından asılı olmayaraq. İmperiya ambisiyası bir rus əxlaqı idi. Sadəcə olaraq onu bolşevik adı altında reallaşdırmaq istəyirdilər. Məhz belə bir məqamda ataların misalı var ki, zalımın başı qarışanda məzlum bildiyini edir. Rusiyanın başı vətəndaş müharibəsinə qarışmışdı, məhz bu məqamda üç Qafqaz respublikası yarandı. Bunun da biri Azərbaycan oldu. Lakin Azərbaycan digərlərindən fərqli idi. Gürcüstan üçün dövlət yaratmaq o qədər mürəkkəb deyildi. O mənada ki, onun erməni kimi düşməni yox idi. Erməni bu fürsətdən istifadə edib dövlət yaratdı. Problemlərin içərisində inləyən isə yeganə Azərbaycan oldu. Çünki Bakı nefti həm Azərbaycanın xoşbəxtliyi, həm də bədbəxtliyi idi. Tarix məsələni belə qoymuşdu ki, ya ayağa durub müstəqillik elan olunmalı, bir millət, dövlət kimi “mən varam” deyib hərəkət edilməlidir, ya da quberniya formasında mövcudluq saxlanmalıydı. Yəni o zaman Azərbaycan Dərbəndin taleyinə oxşar bir tale yaşayacaqdı. Amma o zamanın kişiləri ayağa qalxdılar, “biz varıq” dedilər və mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edildi. 200 ildən artıq çar Rusiyası tərəfindən işğal olunan, dövləti, paytaxtı, ali təhsili olmayan insanların içərisində tək-tək Avropada və Rusiyada təhsil alan insanlar ayağa qalxaraq bu cümhuriyyəti yaratdılar”.
Monarxiyadan demokratiyaya keçid
Tarixçi Kərim Şükürov bildirir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə Azərbaycanın dövlətçilik ənənələrində ciddi dəyişiklik baş verdi. Onun sözlərinə görə, Azərbaycanın ümumilikdə, təxminən 5 min illik dövlətçilik tarixi var. Bu tarix ərzində mövcud olan bütün dövlətlər monarxiya tipli olub: “Bu baxımdan AXC Azərbaycanın dövlətçilik tarixində çox mühüm yer tutur. Azərbaycanın tarixində olan 20 dövlətin içərisində yalnız AXC müasir Azərbaycan dövlətçiliyinin əsasını qoyub, yeni dövlət quruluşu gətirib”.
K. Şükürov bildirib ki, belə bir dövlət, onun yeni idarəçilik formasını yaratmaq və Azərbaycanda ilk dəfə belə bir təcrübənin əsasını qoymaq böyük iradə və bacarıq tələb edirdi. Halbuki həmin dövrdə belə təcrübə, vətəndaşlara ən ali hüquqların verilməsi dünya dövlətlərinin əksəriyyətində yox idi: “Azərbaycan Xalq Cümhuriyyəti hətta Azərbaycanın hazırkı dövlət quruluşundan da fərqli idi. Ümumilikdə Azərbaycan tarixində üç respublika olub. Birinci Respublika AXC-dir - o parlamentli respublika olub. Sonra ikinci respublika Sovet Sosialist Respublikasıdır. 1991-ci il oktyabrın 18-dən sonra isə üçüncü respublika dövrü başlayır. Bunların hər üçünün respublika adlanmasına baxmayaraq, xarakterinə görə bir-birindən fərqlənir”.
Qafqaz İslam Ordusu Bakını tərk etdikdən sonra ingilislərin paytaxta daxil olduğunu deyən F. İbrahimli Tomsonun rəhbərliyi altında dövləti formalaşdırmağın o qədər də asan olmadığını deyir: “İşğalçılar Bakıya daxil olanda bütün bayraqları endirdi, bu, bir qrup türk zabitinin qurduğu bir dövlət idi. Bu dövləti biz də qəbul edə bilməzdik. Bir neçə ay burada fəaliyyət göstərdikdən, o qeyrətli kişiləri görəndən sonra Tomson elan etdi ki, Fətəli xan Xoyskinin rəhbərlik etdiyi hökuməti qanuni hakimiyyət kimi tanıyırlar. Cümhuriyyət belə quruldu. Bundan sonra icazə verildi, parlamentli respublika quruldu. AXC bir parlamentli respublika formasında fəaliyyət göstərdi, Şərqdə, islam və türk dünyasında ilk dəfə olaraq demokratik hüquq və azadlıqlar burada həyata keçirildi. Böyük demokratik tarixi olan ABŞ-da qadınlara hüquqlar AXC-dən sonra verildi. Yəni bu belə bir dünyəvi dövlət quruluşu idi. Özü də bu parlamentdə fraksiyalar var idi, Azərbaycanda yaşayan bütün millətlər parlamentdə təmsil olunurdu”.
AXC-nin Azərbaycan ərazisinə tam nəzarət etməsinə nə mane olurdu?
K. Şükürov bildirir ki, Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi ərazisi 114 min kv.km olub. Amma cümhuriyyət rəhbərliyi özü bu əraziləri iki yerə bölüb: mübahisəli və mübahisəsiz ərazilər: “O zaman Cənubi Qafqazda belə bir situasiya əmələ gəlmişdi. Cənubi Qafqazın ərazisi ümumilikdə 186 min kv. km-dir. Onun 114 kv. km AXC-nin ərazisi idi. O zaman AXC etnik tərkibdən çıxış edərək belə müəyyən etmişdi ki, cümhuriyyətin 95 min kv. km-i mübahisəsiz, qalanı isə mübahisəli idi. Orada bir məsələ də var ki, 1918-ci ilin mayın 18-də İrəvan güzəştə gedilmişdi, İrəvan ərazisi bu ümumi ərazidən kənarda qalıb. Ümumiyyətlə, o dövrdə nəinki Azərbaycanın, Cənubi Qafqazda olan üç dövlətin elan etdikləri əraziyə tam nəzarət etməsi qeyri-mümkün idi. Bunlar hələlik elan olunmuşdu, bütün əraziyə nəzarət etmək, möhkəm dövlət qurmaq, qarşıdakı digər işlərin həyata keçirilməsi uğrunda mübarizə gedirdi. Amma bunların da çoxunu həyata keçirmək mümkün olmadı. Bütün bunlarla bərabər, o zaman AXC qarşıdurmalar olan Qarabağa tam nəzarət etmək imkanı əldə edə bilmişdi”.
AXC və Qanunvericilik
AXC Azərbaycanın dövlət olaraq hüquqi bazasının formalaşması, sivil hüquqların formalaşması baxımından da əhəmiyyətli addımlar atdı. AXC-nin Parlamenti 17 aylıq müddət ərzində həyata keçirdiyi müstəqil dövlət quruculuğu təcrübəsi ilə, qəbul etdiyi yüksək səviyyəli qanunvericilik aktları və qərarları ilə Azərbaycan dövlətçiliyi tarixində, xüsusən də parlament mədəniyyəti tarixində dərin iz qoydu. Tarix İnstitutun direktoru Yaqub Mahmudov “Azərbaycan: qısa dövlətçilik tarixi” kitabında yazır ki, 1918-ci il dekabrın 7-dən 1920-ci il aprelin 27-dək parlamentin 145 iclası keçirilib. Bütün bu iclaslarda AXC Parlamenti İstiqlal Bəyannaməsinin müəyyən etdiyi prinsiplərə sadiq qalaraq və konkret tarixi şəraiti nəzərə alaraq ölkənin ərazi bütövlüyünü təmin etmək və müstəqilliyini qoruyub saxlamaq, insan haqları və azadlıqlarının dolğun təmin olunduğu ən müasir hüquqi-demokratik dövlət yaratmaq məqsədi daşıyan çox mühüm qanunlar və qərarlar qəbul edib: “Bütün bu qanunlar və qərarlar, nəticə etibarilə, hakimiyyətin üç qolunun - qanunvericilik, icra və məhkəmə orqanlarının formalaşdırılmasına yönəlmişdi.
Birinci Dünya müharibəsində böyük dövlətlərin dünyanı bölüşdürmək uğrunda mübarizəsinin həlledici mərhələyə daxil olduğu və ölkənin başı üzərini yeni işğal təhlükəsinin aldığı çox mürəkkəb bir daxili və beynəlxalq tarixi şəraitdə fəaliyyət göstərən Azərbaycan Parlamenti öz fəaliyyətinin mühüm hissəsini dövlət müstəqilliyinin qorunub saxlanmasına və Ordu quruculuğu məsələlərinə yönəltmişdi. Qeyd olunmalıdır ki, Parlamentin bu sahədə qəbul etdiyi qanun və qərarların müzakirəsində Parlament üzvləri, bir qayda olaraq, həmrəylik və yekdillik nümayiş etdirirdilər. Parlament ölkənin başının üstünü alan xarici müdaxilə təhlükəsini sovuşdurmaq üçün gənc respublikanın beynəlxalq aləmdə tanınması üçün də böyük iş aparırdı.
“Ən böyük problem: Sovet Rusiyası”
K. Şükürov isə beynəlxalq əlaqələr qurmaq baxımından XX əsrin əvvəllərinin xeyli fərqli olduğunu deyir. Onun sözlərinə görə, o zaman bir tərəfdən Paris Sülh Konfransı keçirilirdi, ona görə də bu konfransda iştirak etmək uğrunda mübarizə gedirdi. Bu konfransda Gürcüstan və Ermənistanla müqayisədə faktiki olaraq ən ağır vəziyyətə Azərbaycan düşürdü: “Ona görə ki, Azərbaycan Osmanlı dövləti ilə müttəfiq idi və Osmanlı da məğlub dövlət idi. Mondros müqaviləsinə görə də Qafqaz İslam Ordusu Bakını tərk etmişdi. Ona görə də belə bir vəziyyətdə Azərbaycana qarşı müsbət münasibətə nail olmaq çox böyük səf tələb edirdi”.
Buna baxmayaraq, K. Şükürov Azərbaycan nümayəndə heyətinin konfransda uğurlu iş apardığını və konkret nəticələr əldə etdiyini də vurğulayıb.
Bununla bərabər, tarixçi AXC-nin ikitərəfli münasibətlər baxımından da uğurlu siyasət yürütdüyünü bildirib: “Bunların içərisində mən xüsusilə İranı qeyd etmək istəyirəm. O zaman İran təhlükəli idi, AXC-nin ərazisini tanımaq istəmirdi. 1920-ci ilin martında İranla xeyli müqavilə imzalandı. Yəni bu da o demək idi ki, ikitərəfli əməkdaşlıq mələsində də müəyyən irəliləyiş baş verib. Amma ən böyük problem Sovet Rusiyası ilə qalırdı. Sovetlər Gürcüstan və Ermənistanla müqavilə bağladığı halda Azərbaycanla müqavilə bağlamadı. Çiçerinin notaları Azərbaycan hücum etmək üçün müəyyən bir baza hazırlamağa xidmət edirdi”.
Sovet imperiyasının müdaxiləsinin qarşısını almağın yeganə yolu yalnız hərbi yol idi
Millət vəkili, tarixçi Pənah Hüseyn isə bildirir ki, əslində, AXC dövlət olaraq kifayət qədər beynəlxalq əlaqələr qura bilməmişdi. O zamankı Millətlər Cəmiyyətinin təsir imkanlarının da kifayət qədər geniş olmadığını bildirən P. Hüseyn yeni yaranmış dövlətlərlə bağlı müəyyən kriteriyalar müəyyənləşdirilirdi: “O zaman suallar qoyulurdu ki, bu dövlət yaşamağa, özünü idarə etməyə qadirdirmi? Məsələn, Millətlər Cəmiyyətinin baş katibinə bu qurumda Azərbaycanı təmsil edən Topçubaşovun bununla bağlı cavabları var. Belə bir şəraitdə güclü bir beynəlxalq hüquqi dəstəkdən danışmaq mümkün deyil. Sovet imperiyasının müdaxiləsinin qarşısını almağın yeganə yolu yalnız hərbi yol idi. Yəni AXC-nin yaşaması üçün real beynəlxalq dəstək bu ola bilərdi. O zaman da birinci dünya müharibəsindən çıxmış Fransa, İngiltərə buna getmədi. Bununla bağlı müzakirələr vardı və o cümlədən dövlət rəhbərləri də burada iştirak edirdi. Belə bir hərbi yardım mümkün olmadığı üçün müstəqilliyi saxlamaq olduqca çətin idi. Ayrı-ayrı şəxslərin və partiyaların mövqeyi isə tamam başqa məsələdir. Məsələn, Müsavat Partiyası və Məhəmməd Əmin Rəsulzadə hakimiyyətin təhvil verilməsi parlamentdə müzakirə olunarkən qoyduqları mövqe tarixi bir mövqe idi. Onların mənəvi-siyasi cəhətdən ortaya qoyduğu mövqenin doğru olduğunu tarix göstərdi. Amma digər başqa təslim olmağa hazır olan və tərəddüd edən qüvvələr də vardı və hamıya da bəllidir ki, sonradan onların əksəriyyəti Sovet hakimiyyəti tərəfindən güllələndi. Onların da arqumentləri vardı. Hələ indi də heç də hamı onları tam əsassız hesab etmir”.
Milli dövlətçilik atributları
K. Şükürov Azərbaycanın milli dövlətçilik atributlarının formalaşması baxımından da AXC-nin böyük bir iş gördüyünü deyib. Milli dövlətçilik atributlarının Azərbaycanda öyrənilməsi məsələsi uzun müddət diqqətdən kənarda qaldığını deyən tarixçi hesab edir ki, bu sahənin ciddi şəkildə araşdırılmasına ehtiyac var: “Dünyada çox böyük inkişaf etmiş bir sahə var, bu gerablika elmidir. Bir müddət əvvəl Azərbaycan prezidentinin bununla bağlı fərmanı oldu və hesab edirəm ki, bundan sonra bu sahəyə diqqət artırılar. Bizim tariximizdə əhəmiyyətli rol oynamış dövlətlər olub, onların bayraqları, digər dövlətçilik atributları var. Amma bunlar hələ tam öyrənilməyib. Bu sahədə isə AXC çox ciddi bir dönüş əldə etməyə nail oldu. Həmin mürəkkəb situasiyada cümhuriyyətin rəhbərliyi bu sahənin belə zəif inkişaf etməsinə baxmayaraq, dövlət atributları bayraq, gerb, himin formalaşması sahəsində əhəmiyyətli bir iş gördü”.
Dünya Sovet İttifaqının Azərbaycanı işğalına niyə laqeyd qaldı?
AXC-nin süqutunun səbəbləri ilə bağlı tarixçilər arasında mübahisələr hələ də qalmaqdadır. Bunun ən müxtəlif səbəbləri ortaya qoyulur. F. İbrahimli bu sahənin tədqiqatçıları arasında kifayət qədər fikir ayrılığının olduğunu bildirir: “Bəzən Cümhuriyyətlə bağlı yazılarda belə fikir səslənir ki, 23 ay ərzində 5 hökumət dəyişdi, bu kimi məsələlər hakimiyyəti zəiflətdi. Amma mənim fərqli fikrim var. Hətta bir hökumət olsaydı, dünyada qüvvələr nisbəti var. Bu hökumətin devrilməsi üçün beynəlxalq aləmdəki bir məsələni nəzərə almaq lazımdır. Dünyanın siyasi mənzərəsini Amerikanın prezidenti Vilsonun 14 Sülh Prinsipi ilə müəyyən edilirdi. Yalnız o prinsipə daxil olan ölkələr azadlıq qazana bilərdi. Məsələn ora Polşa, Litva daxil idi və onlara da azadlıq verildi. Azərbaycan, Ermənistan və Gürcüstan Vilsonun prinsiplərində azadlıq almaq istəyinə çatmamışdı. Qafqazda müstəqil respublikanın yaranması prinsipi orada öz əksini tapmamışdı. Bir faktı deyim, 1919-cu il may ayının 28-də Cümhuriyyətin ildönümü günündə Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti ilə Vilsonun görüşü keçirildi. Görüşdə Vilson deyir ki, siz elə bilirsiniz ki, Paris Sülh Konfransı dünyan cırtdan dövlətlərə bölmək üçün çağırılıb? Deyir ki, konfrans hansı qərarı qəbul etsə, ona tabe olmalısınız. Orada Birinci Dünya Müharibəsinin gedişində Üçlər İttifaqından ayrılıb Antantaya qoşulan İtaliyanın ağzına məcazi mənada Azərbaycan atıldı. Azərbaycanın mandatlıq statusu İtaliyaya verildi. İtaliyada dövlət çevrilişi baş verdi, başı qarışdı, həmin vaxt da XXI-ci Ordu Bakıya daxil oldu. Əks halda Azərbaycan siyasi cəhətdən İtaliya Azərbaycanı idarə etməli idi. Yəni məsələ belə idi”.
F. İbrahimli bildirir ki, bu gün Azərbaycanın işğal olunmuş ərazilərinə qarşı laqeyd olduğu kimi, 1920-ci ildə də Sovet İttifaqının Azərbaycanı işğalına belə laqeyd qaldılar: “Buna baxmayaraq AXC təkcə Azərbaycan dövlətçiliyinin bərpası yox, Azərbaycanın şərəf və xilası tarixidir”.
Tarixdə eksperiment aparmaq mümkün deyil
AXC süqut etməyə bilərdimi? Onun fəaliyyətini davam etdirmək mümkün idimi? Bu suallar hələ də aktuallığını saxlayır. P. Hüseyn baş vermiş tarixi hadisələrə bu cür yanaşmanı metodoloji baxımdan doğru saymadığını deyir: “Yəni önəmli olan budur ki, belə bir hadisə baş verib və sonradan biz fikirlər, şərhlər daxilində bunun davam edib-etməməsi barədə hansısa bir fikirlər, modellər ssenarilər cıza bilərik. Amma tarix elə bir şeydir ki, burada eksperiment aparmaq mümkün deyil və istənilən halda bu nəzəri mücərrəd bir mülahizə olacaq. Lakin bu dövrdə keçmiş Çar Rusiyasından müvəqqəti olaraq müstəqillik qazanmış bütün respublikalar, dövlətlər Polşa və Finlandiya istisna olmaqla, yenidən Sovet Rusiyasının tərkibinə daxil edildi. Bu şərtlər daxilində bunun süqutunun subyektiv səbəblərlə bağlı olması, məsələn Cümhuriyyətin rəhbərlərinin fəaliyyəti ilə bağlı olmasını iddia etmək, məncə, doğru deyil. Əslində məsələ o qədər sadə deyil. O zaman Gürcüstan və Ermənistana olan beynəlxalq dəstək Azərbaycandan qat-qat güclü idi. O cümlədən tanınma dərəcəsi də fərqli idi. Ermənistan daha yüksək tanınma dərəcəsinə çatmışdı. Onlar hüquqi baxımdan da tanınmışdı. ADR isə de-fakto tanınmışdı. Azərbaycanda bir çox amillər vardı. Bəzən bu məsələlər müzakirə olunarkən bəzi məsələlər nəzərə alınmır”.
Şərəf tarixi
Süqut etməsinə baxmayaraq, AXC Azərbaycanın bir şərəf tarixi idi. Millət vəkili F. İbrahimli bildirir ki, bununla Azərbaycanın dövlətçiliyi bərpa olundu, şərəf və ləyaqəti xilas edildi, bayrağı, pulu yaradıldı və artıq bir dövlət kimi formalaşdı: “Cümhuriyyətin tarixdə ən böyük xidməti bu idi. Digər tərəfdən isə gözümüzün qarşısına gətirək ki, Cümhuriyyət 1918-ci ildə olmayıb. Onda 1920-ci ildə Azərbaycan Sovet Rusiyası tərəfindən hansı formada işğal olunmuşdusa, 1991-ci ildə Sovet İttifaqı dağılandan sonra həmin formada bərpa ediləcəkdi. Bütün bunların hamısını hesablayanda 23 aylıq fəaliyyəti dövründə Cümhuriyyət 200 illik bir tarixi missiyanı həyata keçirdi”.
Pənah Hüseyn isə bildirir ki, ən əsas məsələ Azərbaycanın dövlət olmaq iradəsini ortaya qoyması olub: “Biz o zaman bu iradəni ortaya qoyanların varisiyik”.

Media
Lent.az-ın 18 yaşı tamam olur
Azərbaycan, Serbiya və Türkiyə arasında media sahəsi üzrə təcrübə mübadiləsi keçirilib
MEDİA: Bəzi saytlarda DİM-in məlumatları şişirdilmiş başlıqlarla verilib, bu, qəbuledilməzdir