Media rəhbərləri Mətbuat Şurasını dəstəkləyirlər - SORĞU
Mətbuat Şurasının İdarə Heyətində də təmsil olunduğunu bildirən V. Səfərli qurumun qərarlarının kollegial şəkildə açıq səsvermə yolu ilə qəbul olunduğuna diqqəti çəkib. Onun sözlərinə görə, hər bir qərarın çıxarılmasında Azərbaycan jurnalistikasının nüfuzu və maraqları prioritet götürülür. Bunu istər həqiqi jurnalistlər, istərsə də cəmiyyətin müxtəlif təbəqələri yaxşı dərk edir. “Qərarlarımızda məsuliyyət yükü hamımıza məxsusdur. Əsas məqsədimiz düz yolda olmayan media vasitələrini bu yola döndərməkdir. Bunun üçün bütün mümkün mexanizmlərdən istifadə olunur. Bilirsiniz ki, Fond «qara siyahı»da yer alan qəzet və jurnalları müsabiqələrə buraxmır. Fərdi jurnalist yazıları müsabiqəsinin şərtləri müvafiq materialların belə kütləvi informasiya vasitələrində dərcinə yol vermir. Düşünürəm ki, gələcək fəaliyyətimizdə bununla bağlı məqamlar daha çox nəzərə alınacaq”, - deyə o vurğulayıb.
MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu isə “reket jurnalistika”nı ölkədə medianın adına utanc gətirən fakt kimi dəyərləndirib: “Mətbuat Şurasının İdarə Heyətinin üzvlərinə qarşı belə nalayiq kampaniyanın aparılması təəssüfləndiricidir. Məni bir şey də düşündürür, necə olur ki, bir qrup Azərbaycanın aparıcı media vasitələrinin seçimi əsasında formalaşan təşkilatın təmsilçilərinə qarşı bu cür metodlardan istifadə etməyə cəsarət tapır? Fikrimcə, məsələ daha ciddi müzakirə olunmalıdır. Nəzərə alınmalıdır ki, Mətbuat Şurası hansısa nəşr barədə ciddi ölçü götürürsə, məsələ elə-belə deyil”.
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Mətbuat Şurasının son vaxtlar “reket jurnalistika”ya qarşı mübarizə sahəsində həyata keçirdiyi tədbirlərin cəmiyyətdə kifayət qədər əks-səda doğurduğu qənaətindədir. Baş redaktor Şuranın mübarizəsinin bir qədər də intensivləşdirilməsinin tərəfdarıdır. “Türkiyədə bir jest var - ayağından atmaq. Bu nalayiq hərəkətə yol verənlər şəxs barədə istifadə edilən tədbirdir. Özündə güclü ictimai qınaq məzmunu daşıyır. Hesab edirəm ki, Şuranın «qara siyahı»sında yer alanların bəziləri barədə cəmiyyət oxşar effekt yaradan ölçü götürməlidir. Əks halda təhqir hədəflərinin çevrəsinin genişlənməsi qaçılmazdır” deyən R. Arifoğlunun fikrincə, hazırkı dövrdə Mətbuat Şurasının müvafiq səlahiyyət mexanizmlərinin verilməsi müzakirə predmetinə çevrilə bilər.
“Azadlıq” qəzetinin baş direktoru Azər Əhmədov da Mətbuat Şurasının “reket jurnalistika”ya qarşı mübarizəsinin intensiv səciyyə daşıdığı fikrini bölüşür. Bununla belə o, prosesdə müəyyən yerindəsayma meyllərinin duyulduğunu da deyir: “Mətbuat Şurasının mətbu reketçiliyə qarşı fəaliyyəti sanki yerə tökülmüş bir ton buğdanı əl ilə yığmaq istəyinə bənzəyir. Belə olmamalıdır. Bu cür nəşrlər Azərbaycan mətbuatına aid deyillər, onlara qarşı sanksiyalar tətbiq olunmalıdır. Mətbuat Şurasına bununla bağlı səlahiyyət verilməsi məsələsi gündəmə gətirilməlidir”.
«Bizim yol» qəzetinin baş redaktoru Bahəddin Həziyev “reket jurnalistika”ya qarşı mübarizədə qanuni mexanizmlərin tətbiqini zəruri sayıb. Çünki Mətbuat Şurasının fəaliyyəti nəticəsində meydana çıxan faktlar onu göstərir ki, bu tipli “reket nəşr”lər üçün əsas xarakterik cəhət təkcə peşə prinsiplərinin pozulması deyil. Onlar ölkə qanunvericiliyinə də tam etinasız yanaşırlar. B. Həziyev, həmçinin məsələnin ciddiliyinin müvafiq dövlət qurumları tərəfindən də yetərincə qəbul edilməsinin vacibliyini vurğulayıb: “Mətbuat Şurasının İdarə Heyətində ölkənin tanınan media vasitələrinin, jurnalist birliklərinin təmsilçiləri, həmçinin nüfuzlu ictimaiyyət nümayəndələri cəmləşiblər. Bu mübarizə yalnız onların deyil, jurnalistika peşəsinin həqiqi daşıyıcısı olan hər bir qələm sahibinindir”.
«Reket jurnalistika»nın geniş ictimai bəlaya çevrildiyini vurğulayan MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə də vəziyyətdən ilk çıxış yolu kimi hüquqi mexanizmlərin dəyərləndirilməsini irəli sürüb. «Reket nəşr»lərin hədəfinin təkcə ayrı-ayrı vəzifə sahibləri olmadığını, bu sırada sadə vətəndaşların da yer aldığını vurğulayan V. Rəhimzadə xüsusilə ikinci cəhətə diqqət yetirilməsini zəruri sayıb. “Ümumiyyətlə, hər birimiz ilk növbədə Azərbaycan vətəndaşıyıq. Şərəf və ləyaqətimiz var. «Reket nəşr»lərin rəhbərləri isə görünür, mövcud həssas məqama qətiyyən əhəmiyyət vermirlər. Ola bilər, bu haqda ümumiyyətlə məlumatları yoxdur. Hər halda Mətbuat Şurası illərdir onları başa salır, loru desəm, danlayır. Ancaq hər şeyin bir həddi var», - deyə o əlavə edib.
V. Rəhimzadənin sözlərinə görə, MŞ-nin «reket nəşr» adlandırmasında media orqanlarının hədəfə çevirdikləri hüquqi və ya fiziki şəxsə münasibətdə seçilmiş ifadələrdəki forma və metodların dəyərləndirilməsi əsas götürülür. Bu meyarlar əsasında KİV-lərin adı «qara siyahı»ya salınır: “Lakin siyahıda yer alan bəzilərinin fəaliyyəti bizi daha radikal addımlar atmağa vadar edir. Bu mənada hamının Əflatun Amaşovun «qara siyahı»nın daha da tündləşdirilməsinə ehtiyacın duyulmasına dair fikrindən lazımi nəticə çıxarmasını istərdim. Media ictimaiyyətimiz və bütövlükdə cəmiyyət Şuranın mübarizəsinə göstərdiyi dəstəyi bir qədər də artırmalıdır. «Reket nəşr»lər, havadarları, ümumiyyətlə onlarla əlaqəsi olan hər kəs isə nə qədər ki, gec deyil, düşünsün. Axırı olmayan yoldadırlar».
Media
“IV Divar” serialı bu gündən etibarən AzTV-də! - VİDEO
MEDİA: “Nexta” kanalı Goranboyda baş vermiş yanğınla bağlı ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayıb
Azərbaycanlı jurnalistlər i24NEWS telekanalının redaksiyasını ziyarət ediblər - FOTO
Akko meri Albert Aqarunovun xatirəsinin əbədiləşdirilməsi haqqında sertifikatı qardaşına təqdim edib - FOTO
Xəbər Lenti
Britaniya kəşfiyyat əməliyyatlarında kamuflyaj edilmiş atları sınaqdan keçirir
WSJ: OpenAI-ın süni intellekt agentləri “RubyGems” platformasına kiberhücumda iştirak edib
Tramp Çin şirkətlərinin ABŞ-da avtomobil zavodları tikməsinə qarşı olmadığını bildirib
İraqın Baş naziri Səudiyyə Ərəbistanına PUA hücumundan sonra hərbi komandanı vəzifədən azad edib
İraq Səudiyyə Ərəbistanına PUA hücumunu pisləyib
Ağ Ev Rusiyanın ABŞ-da keçiriləcək G20 toplantısına dəvət olunduğunu təsdiqləyib
KİV: İsrail Dəməşq yaxınlığındakı yaşayış məntəqəsini artilleriya atəşinə tutub
Hakan Fidan Səudiyyə Ərəbistanının XİN rəhbəri ilə bölgədəki vəziyyəti müzakirə edib
Putin: Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsi Rusiya ilə müharibə deməkdir
Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
"Beşiktaş" öz meydanında "Erzurumspor"u darmadağın edib
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
Husilər Səudiyyə Ərəbistanının hücumları nəticəsində 44 dinc sakinin öldüyünü açıqlayıb
ABŞ Nümayəndələr Palatasında Rusiyaya qarşı yeni sanksiyalar layihəsi səsverməyə çıxarılacaq
Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb
“Fənərbaxça” İsmail Kartalın komandanın baş məşqçisi postunda qaldığını açıqlayıb
Avropa Komissiyası Ukraynaya “Patriot” raketləri və PUA-lar üçün 6,1 milyard avro ayırıb
Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb
Misir Prezidenti Yaxın Şərqdə vəziyyətin sabitləşəcəyinə ümid edir
Yəmən ordusu Moha yaxınlığında husilərin mövqelərinə kütləvi hava zərbələri endirir
İsrail Qəzzada HAMAS-ın iki komandirini öldürdüyünü açıqlayıb
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb
Şuşada Meksikanın Müstəqillik Günü qeyd olunub - FOTO - VİDEO
Rusiyanın Dneprə hücumu nəticəsində 12 nəfər yaralanıb
Husilər Səudiyyə Ərəbistanının 9 hərbi təyyarəsini vurduqlarını iddia edirlər
“Sea Breeze 2026”nın ilk oyununda qalib bəlli olub
“Sea Breeze 2026”: Təmsilçimiz turnirə qələbə ilə başladı - YENİLƏNİB
Gürcüstanda vətənə xəyanətdə ittiham olunan müxalifət lideri saxlanılıb
“Neftçi” “İmişli”ni məğlub edib
Səfirlik: ABŞ-ın qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq
Diplomatik korpusun nümayəndələri Şuşa şəhərində yaşayış komplekslərini ziyarət ediblər - FOTO
Husilər Yəməndə Qırmızı dənizin sahillərini tam nəzarətə götürüblər
Omanda Körfəz ölkələrinin iştirakı ilə regional toplantı keçiriləcək
Xarici diplomatlar Şuşa qala divarlarını ziyarət ediblər - FOTO
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Qırmızı qəsəbədə Roş ha-Şana bayramı qeyd olunur - FOTO
İsmail Kartalın istefası qəbul edilib
Xarici diplomatlar Şuşada Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş büstlərini ziyarət ediblər - FOTO
FHN-in qurumları arasında səmti müəyyənetmə üzrə çempionata yekun vurulub
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Xarici diplomatlar Şuşada “Sadıqcanın evi”ni ziyarət ediblər - FOTO
MM komitə sədri: Çox zaman müəllimlər qız uşaqlarına deyir ki, nə üçün oxuyursan, tez ərə getməlisən
Xankəndidə regional məşğulluq ekosisteminin qurulması məsələləri müzakirə olunub
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiq edilib
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin sədri təyin edilib
TPAO: “Şahdəniz” Türkiyə və Avropanın qaz təhlükəsizliyinə mühüm töhfə verir
Diplomatik korpusun nümayəndələri Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər - FOTO