Türkdilli Ölkələrin II Media Forumu çərçivəsində “Türkdilli ölkə və toplumlarda sosial media: yeni baxış bucağı birləşdirici faktor kimi” mövzusunda panel keçirilib - FOTOSESSİYA
Məruzəçi qismində çıxış edən “APA Group”un baş direktoru Vüsalə Mahirqızı sosial medianın vəziyyətinə toxunub. Əvvəlcə internet mediasının durumu barədə danışan V. Mahirqızı deyib ki, internet istifadəçilərinin sayı hazırda Azərbaycan əhalisinin 50 faizini təşkil edir: “Azərbaycanda bu sahədə rəqabət mühiti var. Yaxın aylarda internetin qiymətinin aşağı salınması da gözlənilir. Amma hazırkı statisikaya görə, Azərbaycan interneyin qoymətinin aşağı salınması tempinə görə dünyada lider ölkələrdən biridir. Ölkədə internetdən istifadə azaddır. Sosial şəbəkələrdən istifadəyə də məhdudiyyət yoxdur. Vaxtilə www.odnoklassniki.ru lider olsa da, hazırda www.facebook.com liderlik edir. Azərbaycanın dövlət başçısının da www.facebook.com və www.twitter.com sosial şəbəkələrində mütəmadi yenilənən səhifələri var. 18-25 yaş arasında əhali bu sahədə aktivlik nümayiş etdirir. Demək olar ki, bütün media orqanlarının sosial şəbəkələrdə səhifələri mövcuddur. Ölkədəki əksəriyyət internet-medianın, o cümlədən “APA Group”-a daxil olan portalların da facebook.com-da səhifələri var”.
V. Mahirqızı qeyd edib ki, ölkədə 40-ya yaxın internet provayderi olsa da, xidmət yüksək səviyyədə deyil. Əksər portalların serverləri xaricdədir. O, internet mediası üçün kadr hazırlığı məsələsinə də toxunaraq artıq Azərbaycanın bir neçə universitetlərində online KİV bölmələrinin fəaliyyətə başladığını söyləyib: “Türk dövlətləri üçün informasiya blokadasını yarmağın əsas vasitəsi internetdir. Məsələn, bizim televiziyalara peyk vasitəsilə baxmaq mümkündür. Lakin telekanallara ancaq Azərbaycan dilini bilənlər baxa bilirlər. Agentliklər bu problemi həll edə bilər”.
V. Mahirqızı Azərbaycanda xarici dillərdə yayımlanan xəbər agentliklərinin fəaliyyət göstərdiyini də nəzərə çatdırıb: “Azərbaycan türkdilli media qurumları ilə əməkdaşlıqda çox maraqlıdır. Bizim oxucularımız da bunu istəyir. Təəssüf ki, belə şəbəkənin yaranmasına nail ola bilməmişik. Ancaq Qazaxıstanın “Nur Media” Holdinqi və Kipr Türk Respublikasında bir informasiya agentliyi ilə əlaqələrimiz var. “Trend” və Azərtac agentlikləri də bu sahədə addımlar atıb. Lakin təəssüf ki, köklü nəticə verəcək iş yoxdur. Bu platforma əsasında ortaq xəbər agentliyinin yaradılması əsasdır. Belə qurum ingilis, rus və fransız dillərində fəaliyyət göstərsə, yaxşı olar. Agentlik etnik səciyyə daşımamalı, transmilli səviyyədə formalaşmalıdır. Çünki rəsmi qurumların xarici dillərdə saytları olsa da, diqqət cəlb etmir. Fikrimcə, sosial şəbəkələrdə türk toplumlarının jurnalistlərinin qurumunu yaratmaqla xəbər mübadiləsi etmək olar. Məsələn, Avropada ekologiyadan yazan jurnalistlərin, ya da neft-qazdan yazan jurnalistlərin şəbəkəsi mövcuddur. Belə sosial şəbəkələr bizə əlaqələrimizi genişləndirməyə imkan verər”.
Sonra sualları cavablandıran V. Mahirqızı qeyd edib ki, Azərbaycan Dövlət Neft Akademiyasında baş verən məlum hadisə zamanı internet şəbəkəsində problemlər yaranıb: “İnternetdən aktiv və passiv istifadəçilər var. Onların bəziləri yalnız hadisə baş verəndə internetə daxil olur. Hazırkı texniki imkanlarımız 4 milyon adamın eyni anda internetə girməsinə imkan vermir. Yəni tıxac yaranır”.
V. Mahirqızı ortaq xəbər qurumunun yaradılması ideyasının reallaşacağına və bu məsələnin tədbirin yekun bəyannaməsində yer alacağına inandığını vurğulayıb. Güney Azərbaycan təmsilçilərinin foruma dəvət olunub-olunmaması ilə bağlı suala cavabında V. Mahirqızı deyib: “Təəssüf ki, İranda türk dilində yayımlanan media qurumlarından heç biri tədbirə dəvət edilməyib. Məsələn, Güney Azərbaycan ərazisində Urmiya gölü var. Bu gölün quruması prosesi gedir. Azərbaycanlılar bir neçə həftə əvvəl aksiyalar keçirirdi. Bu aksiyalar amansızlıqla yatırıldı və 2 nəfər öldü, onlarla adam yaralandı, 100-ə yaxın adam tutuldu. Xarici media hadisə barədə reportajlar verdi. Təəssüf ki, türkdilli dövlətlərin media qurumları bununla bağlı bir xəbər belə vermədi. Əgər türkdilli media Tripolidən canlı yayın verə bilirdisə, Bəşər Əsədin dağıtdığı mitinqləri işıqlandıra bilirsə, Əhmədnejatın dağıtdığı aksiyalardan da nəsə yazmaq olar. Nəzərə alsaq ki, təzyiqlərə məruz qalanlar türklərdir, bu diqqət ikiqat olmalıdır”.
Qazaxıstanın “Nur Media” holdinqinin baş direktoru Kaysar Janaxanov isə xatırladıb ki, 10 milyon qazax SSRİ dövründə repressiya və soyqırıma məruz qalıb, 7 milyona yaxın insan sürgün olunub, 3 milyonu Çinə qaçıb. Bu səbəblə qazaxlar bu məsələni anlayır və dəstək verməyə hazırdır. O qeyd edib ki, ABŞ domenlərin böyük əksəriyyətinə nəzarət edir: “İstənilən vaxt ABŞ interneti bağlaya bilər. Türkdilli ölkələr vahid milli domenin formalaşdırmasına cəhd etməlidir”.
Tədbirdə uydurma “erməni soyqırımı” əleyhinə ortaq şəbəkənin yaradılması təklifi də irəli sürülüb.
Panel əlavə təklif və müzakirələrlə davam etdirilib.
Media
“IV Divar” serialı bu gündən etibarən AzTV-də! - VİDEO
MEDİA: “Nexta” kanalı Goranboyda baş vermiş yanğınla bağlı ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayıb
Azərbaycanlı jurnalistlər i24NEWS telekanalının redaksiyasını ziyarət ediblər - FOTO
Akko meri Albert Aqarunovun xatirəsinin əbədiləşdirilməsi haqqında sertifikatı qardaşına təqdim edib - FOTO
Xəbər Lenti
Kreml: Moskva ABŞ-ın sülhməramlı səylərinin bəhrə verəcəyinə ümid edir
Tatarıstanda yüngül mühərrikli təyyarə televiziya qülləsinə çırpılıb, ölənlər var
İranın Türkiyə və İraqa uçuşlarında problem olması təkzib edilib
BOKT-larda gündəlik kreditlərin restrukturizasiyası zamanı əlavə ödəniş tələb olunmayacaq
Zelenski Mayamidə G20 sammitində Putinlə görüşməyə hazırdır
AMB: BOKT-ların regionlarda əhatə dairəsi bəzi banklardan daha genişdir
Şirvanda oğurluq edən şəxs saxlanılıb
Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq - SABAHIN HAVASI
AMB BOKT-ların borclanmasına yeni hədlər müəyyən edib
Səfir: Polşa-Azərbaycan münasibətləri çox yaxşı vəziyyətdədir, əminəm ki, son baş verənlər əlaqələrə təsir göstərməyəcək
Hikmət Hacıyev Həsən Cəlal Allahverdi bəyin məzarüstü abidəsindən paylaşım edib
Əmtəə bazarlarında qızıl və gümüş yenidən bahalaşıb
Hikmət Hacıyev: İşğal illərində bu tarixi abidələr “bərpa” adı altında müxtəlif xarici müdaxilələrə məruz qalıb
Bolqarıstanda sursat anbarlarında bir ay ərzində ikinci partlayış baş verib
Xarici diplomatlar Ağdərənin Vəngli kəndində Gəncəsər monastırını ziyarət ediblər - FOTO - VİDEO
Gürcüstanda aralarında Azərbaycan vətəndaşları da olan 59 qanunsuz miqrant saxlanılıb
Erməni deputat: Rusiya qazın qiymətini artırarsa, Ermənistan hərbi bazanın icarə haqqını artıra bilər
Azəbaycan neftinin qiyməti 120 dolları ötüb
İran Atom Enerjisi Təşkilatının rəhbəri AEBA-nın Konfransında iştirak etmək üçün Vyanaya yola düşüb
Yol polisi ötmə qaydalarının pozulması ilə bağlı sürücülərə müraciət edib
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zaqatalada yanğın-taktiki təlim keçirib - VİDEO
Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü start götürüb
AZANS Daşkənddə “SOCEA AGM/3”ə sədrlik edərək regional aeronaviqasiya əməkdaşlığını gücləndirib
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
Xarici diplomatlar bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar
Nyu-York birjasında təbii qazın qiyməti azalıb
“Brent” markalı netin qiyməti 105 dollardan aşağı enib
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
İsrail və Livan arasında danışıqların növbəti raundu oktyabra təxirə salınıb
KXDR Yapon dənizinə ballistik raketlər buraxıb
Rusiyanın Amur vilayətində ağır yol qəzası nəticəsində 6 nəfər ölüb
Tramp respublikaçıların məğlub olacağı təqdirdə İrana qarşı mövqeyini sərtləşdirə biləcəyini istisna etməyib
Britaniya kəşfiyyat əməliyyatlarında kamuflyaj edilmiş atları sınaqdan keçirir
WSJ: OpenAI-ın süni intellekt agentləri “RubyGems” platformasına kiberhücumda iştirak edib
Tramp Çin şirkətlərinin ABŞ-da avtomobil zavodları tikməsinə qarşı olmadığını bildirib
İraqın Baş naziri Səudiyyə Ərəbistanına PUA hücumundan sonra hərbi komandanı vəzifədən azad edib
İraq Səudiyyə Ərəbistanına PUA hücumunu pisləyib
Ağ Ev Rusiyanın ABŞ-da keçiriləcək G20 toplantısına dəvət olunduğunu təsdiqləyib
KİV: İsrail Dəməşq yaxınlığındakı yaşayış məntəqəsini artilleriya atəşinə tutub
Hakan Fidan Səudiyyə Ərəbistanının XİN rəhbəri ilə bölgədəki vəziyyəti müzakirə edib
Putin: Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsi Rusiya ilə müharibə deməkdir
Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
"Beşiktaş" öz meydanında "Erzurumspor"u darmadağın edib
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
Husilər Səudiyyə Ərəbistanının hücumları nəticəsində 44 dinc sakinin öldüyünü açıqlayıb
ABŞ Nümayəndələr Palatasında Rusiyaya qarşı yeni sanksiyalar layihəsi səsverməyə çıxarılacaq
Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb
“Fənərbaxça” İsmail Kartalın komandanın baş məşqçisi postunda qaldığını açıqlayıb
Avropa Komissiyası Ukraynaya “Patriot” raketləri və PUA-lar üçün 6,1 milyard avro ayırıb
Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb