Brent markalı neftin qiyməti 40 dollardan aşağı düşüb

Brent markalı neftin qiyməti 40 dollardan aşağı düşüb
# 08 dekabr 2015 15:04 (UTC +04:00)

Bakı – APA. Dünya bazarında Brent markalı neftin qiyməti 40 dollardan aşağı düşüb.

APA-nın RBK-ya istinadən verdiyi məlumata görə, neft 2009-cu il fevralın 20-dən bəri ilk dəfə bu qədər ucuzlaşıb.

Neft bazarından gələn xəbərlər Rusiya rublunu zəiflətməkdə davam edir. Moskva birjasında dolların kursu 70 rubla yaxınlaşıb, avronun kursu isə 76 rublu keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR