Azərbaycanın rabitə və informasiya texnologiyaları sahəsinin işçiləri peşə bayramını qeyd edir

Azərbaycanın rabitə və informasiya texnologiyaları sahəsinin işçiləri peşə bayramını qeyd edir
# 06 dekabr 2012 11:53 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin Peşə Bayramı Günü qeyd olunur.

«APA-Economics»in məlumatına görə, dekabrın 6-sı Azərbaycanda ilk telefon xəttinin çəkilişi tarixinə təsadüf etdiyindən bu təqvim həm də rabitənin təşəkkülü kimi də təqvimə düşüb. Beləliklə, Azərbaycan rabitəsi 131 illik tarixi inkişaf yolu keçib.


Bu münasibətlə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib, əklil qoyublar. Daha sonra rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı, Azərbaycanda telefon rabitəsinin yaranmasının 131 illiyi münasibətilə Nazirliyin birlik və müəssisələrində tədbirlər keçirilib.


Eyni zamanda, Nazirlik tərəfindən «Rabitə ustası» və «Fəxri fərman»a layiq görülən rabitəçilər təltif edilib. Qeyd edək ki, əlamətdar günlər münasibətilə ən peşəkar «kross işçisi», «montyor», «kabel calayıcısı», «optik kabel calayıcısı», «poçtalyon» və «poçt əməliyyatçısı» nominasiyaları üzrə keçirilən müsabiqə iştirakçılarının nəzəri və praktiki bilikləri münsiflər heyəti tərəfindən qiymətləndirilərək qaliblər müəyyənləşdirilib.


Nazirlik tərəfindən elan edilən «İKT üzrə ən yaxşı elmi məqalə», «İKT üzrə ən yaxşı kitab», «Ən yaxşı elektron dövlət xidməti» müsabiqəsinin, həmçinin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Birlik və müəssisələri arasında ən yaxşı internet resursu» nominasiyası üzrə qaliblər müəyyən olunaraq mükafatlandırılıb.


Bundan başqa, bayram ərəfəsində bir sıra yeni rabitə obyektləri tikilib istifadəyə verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR