Bakıda qaçırılmış maşın tapılıb

Bakıda qaçırılmış maşın tapılıb
# 08 sentyabr 2015 09:09 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda qaçırılmış maşın tapılıb.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, sentyabrın 1-də gecə saatlarında A.Zeynallı küçəsindən Fuad Ağalarlıya məxsus "VAZ-2107" markalı avtomobil qaçırılıb.

Binəqədi rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobil Xırdalan şəhəri Quşçuluq yaşayış massivində saz vəziyyətdə aşkar olunaraq sahibinə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR