Rusiya prezidenti APA-nın müxbirinin sualına “Siz, yəqin, Qarabağ haqqında soruşacaqsınız” reaksiyası ilə cavab verib

Rusiya prezidenti APA-nın müxbirinin sualına “Siz, yəqin, Qarabağ haqqında soruşacaqsınız” reaksiyası ilə cavab verib
# 20 dekabr 2012 14:38 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, V. Putinun mətbuat konfransında Azərbaycan KİV təmsilçilərinə sual vermək imkanı yaradılmayıb.

Rusiya prezidenti mətbuat konfransını yekunlaşdırmaq istəyərkən APA-nın əməkdaşı “Azərbaycanlı jurnalistlərə sual vermək növbəsi çatmadı axı” - deyə iradını bildirib.

V. Putin isə buna “Siz, yəqin, Qarabağ haqqında soruşacaqsınız”, - deyə reaksiya verib. Jurnalistin “Başqa suallarımız da var” cavabına baxmayaraq, sual vermək növbəsi başqa jurnalistlərə verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR