BP hasilatın artırılmasına əlavə investisiya yatıracaq

BP hasilatın artırılmasına əlavə investisiya yatıracaq
# 15 dekabr 2016 10:46 (UTC +04:00)

Gələn il "BP-Azerbaijan" şirkəti hasilatın artırılmasına ayrıca vəsait ayıracaq. "APA-Economics" xəbər verir ki, bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə prezidenti Qordon Birrel bildirib.

Onun sözlərinə görə, iri və artıq istismarın yetkin dövründə olan yataqlarda müəyyən vaxtdan sonra hasilatın aşağı düşməsi təbiidir: "Həmin yataqlarda layların aşağı məhsuldarlığı müşahidə olunur. 2014-2016-cı illərdə olduğu kimi, 2017-ci ildə də hasilatın təbii enişinin qarşısını almaq üçün BP investisiya yatırımını və səylərini davam etdirəcək. Gələn il üçün dəqiq proqnozumuz hələlik yoxdur. Bu məsələ SOCAR-la müzakirə olunur. Biz bütün gücümüzü ona yönəldirik ki, laylarda təbii məhsuldarlığın enməsini ləngidək və ya minimuma endirək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR