Levon Ter Petrosyanın tərəfdarları Yerevanda mitinq keçirir - FOTO

Levon Ter Petrosyanın tərəfdarları Yerevanda mitinq keçirir - <span style="color: red;">FOTO
# 30 aprel 2013 19:16 (UTC +04:00)

Bakı-APA. Ermənistanın paytaxtı Yerevanda Levon Ter Petrosyanın tərəfdarları uzun fasilədən sonra mitinqə toplaşıb. APA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, mitinqdə çıxış edən Ermənistan Milli Konqress partiyasının rəhbəri Aram Manukyan son 11 ay ərzində heç bir aksiya keçirmədiklərinə çörə mitinq iştirakçılarından üzr istəyib. Onun sözlərinə görə, aksiya ölkənin siyasi həyatında əhəmiyyətli hadisə olan Yerevan Ağsaqallar Şurasına seçkilər ərəfəsində keçirilir: “Yerevanda sy təchizatı, zibil daşınması və digər kommunal məsələlərlə bağlı ciddi problemlər var, lakin biz aydın dərk etməliyik ki, Yerevanda keçiriləcək seçkilər ümumrespublika əhəmiyyətli seçkilərdir, çünki ölkənin, demək olar ki, bütün həyatı tək paytaxtda cəmləşib”.

Aram Manukyan qeyd edib ki, hakimiyyətdə təmsil olunmayan siyasi qüvvələri səylərini birləşdirərək paytaxt Yerevanı hakim Respublika partiyasının əlindən almalıdır və beləliklə onu siyasi inhisarçılıqdan məhrum etməlidir. Siyasətçi hesab edir ki, bunun üçün tam zəmin var, çünki hakim Respublika partiyası heç zaman paytaxtda 50 faizdən çox toplamayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR