Ekspedisiya rəisi: “Yağıntıların başlaması Badamdarda sürüşmə zonasında aktivlik yarada bilər”

Ekspedisiya rəisi: “Yağıntıların başlaması Badamdarda sürüşmə zonasında aktivlik yarada bilər”
# 04 dekabr 2012 15:30 (UTC +04:00)

Bakı. Könül Kamilqızı-APA. “Respublikanın bəzi sürüşmə zonalarında elə də ciddi aktivləşmə mövcud deyil. Lakin bəzi çökmə sahələrdə gərginlik hələ də qalmaqdadır”. APA-nın xəbərinə görə, bu açıqlamanı jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının rəisi Bəxtiyar Qaralov verib.

O bildirib ki, həmin ərazilərdə gərginliyin artması ehtimal olunur. B. Qaralovun sözlərinə görə, yaxın günlərdə yağışın yağması Bakının Səbail rayonu ərazisindəki sürüşmə zonasında sürüşməni aktivləşdirə bilər. Onun fikrincə, atmosfer sularının artması, yağışın yağması sürüşməni sürətləndirəcək.

“Bu gün ərzində də çatlarda hər iki tərəfə genişlənmə müşahidə edilib. Gələcək günlərdə yağışlarının yağması bu sürüşməni daha da artıra bilər. Sürüşmənin ən ağır nəticəsi isə hasarların uçması ola bilər. Ərazidə təhlükəli daş parçalarında isə tərpənmə hiss olunmur. Bunlar hərəkət edərsə, müəyyən təhlükələr yaranar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR