İran-İraq-Suriya təbii qaz boru xəttinin inşasına başlanıb

İran-İraq-Suriya təbii qaz boru xəttinin inşasına başlanıb
# 20 dekabr 2012 09:13 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İran-İraq-Suriya təbii qaz boru xəttinin inşasına başlanıb. APA-nın İRİB-ə istinadən məlumatına görə, bu barədə İranın qərbində yerləşən Qərbi Gilan şəhərinin valisi Ərdəşir Rüstəmi açıqlama verib.

Onun sözlərinə görə, kəmərin çəkilişinin 50%-lik hissəsi Qərbi Gilan tərəfindən qarşılanacaq.

Ə.Rüstəmi bildirib ki, 3 mlrd. dollar məbləğindəki 225 km-lik layihə çox mühümdür: “Bu layihə başa çatdıqdan sonra İraq və Suriyanın böyük hissəsi təbii qazla təmin olunacaq və İran mavi yanacağı bu ölkələrin iqtisadi inkişafında da mühüm rol oynayacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR