Türkiyədə prezident qvardiyası ləğv edilib

Türkiyədə prezident qvardiyası ləğv edilib
# 23 iyul 2016 22:55 (UTC +04:00)

Bakı-APA. Türkiyədə hərbi çevriliş cəhdinin qarşısı alındıqdan sonra prezident qvardiyasının buraxılmasına dair qərar verilib.

 

APA-nın xəbərinə görə, bunu “A Haber” telekanalının efirində Türkiyənin baş naziri Binəli Yıldırım bəyan edib.

 

“Türkiyədə bundan sonra prezident qvardiyası olmayacaq, buna ehtiyac yoxdur”, - deyə Binəli Yıldırım bildirib.  

 

Qeyd edək ki, bundan əvvəl hərbi çevrilişə cəhdlə əlaqədar  prezident qvardiyasının 300-dək əməkdaşı saxlanılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR