İran Xəzər dənizi yaxınlığında neft emalı zavodu inşa etməyi planlaşdırır

İran Xəzər dənizi yaxınlığında neft emalı zavodu inşa etməyi planlaşdırır
# 11 dekabr 2012 10:16 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. İranın Neft Nazirliyi Xəzər dənizi yaxınlığında neft emalı zavodu inşa etməyi və onu Xəzərdən çıxan xam neftlə təmin etməyi planlaşdırır.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu Xəzər Neft Şirkətinin tədqiqatlar üzrə direktoru Məsud Cəhdi bildirib.

Onun sözlərinə görə, İranın şimal əyalətləri daha çox məskunlaşıb və yeni zavodun tikintisi onları neft məhsullarına olan ehtiyaclarını ödəyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR