Azərbaycanda dəmir yolu nəqliyyatı ilə yükdaşıma 5% artıb

Azərbaycanda dəmir yolu nəqliyyatı ilə yükdaşıma 5% artıb
# 27 noyabr 2012 14:43 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda dəmir yolu nəqliyyatı ilə yük daşınması 2011-ci ilin analoji dövrünə nisbətən 4,6% artaraq 19 mln. ton olub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə orta hesabla sutkada 681 vaqon yüklənib, 562 vaqon boşaldılıb.

Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 27 min ton, Qərb istiqaməti üzrə 6,4 min ton və Cənub istiqaməti üzrə 4,2 min ton yüklənmə işi yerinə yetirilib. Cari ilin ilk 10 ayı ərzində dəmir yolu nəqliyyatında yük dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 4,8% artaraq 6 790,0 mln. tok/km təşkil edib.

Bundan başqa, hesabat dövründə sözügedən nəqliyyat vasitəsilə 2 282,2 min sərnişin daşınıb ki, bu da 2011-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 21,7% azdır. Sərnişin dövriyyəsi 20,7% azalaraq 498 mln. sərnişin/km təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR