Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib
# 18 dekabr 2012 14:09 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib.

İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, paytaxtda yağan yağış yollarda bir sıra fəsadlar törədib.

Onun sözlərinə görə, yağış suları yollarda gölməçələr əmələ gətirib: “Paytaxtın bəzi küçələrində işıqforlar işləmədiyi üçün tıxaclar yaranıb. BDYPİ-nin şəxsi heyəti paytaxt yollarında yağışın yaratdığı fəsadları aradan qaldırır”.

V.Əsədov sürücüləri mümkün qədər şəxsi avtomobillərindən və şüşəsilənləri işləməyən avtomobillərdən istifadə etməməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR