Əhməd Vahidi: “İranlı mütəxəssislər Rusiyanın “S-300” zenit-raket kompleksinin oxşarını yaradıblar”

Əhməd Vahidi: “İranlı mütəxəssislər Rusiyanın “S-300” zenit-raket kompleksinin oxşarını yaradıblar”
# 06 dekabr 2012 14:15 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. İranlı mütəxəssislər raketdən müdafiə sisteminin daha da təkmilləşdirərək, Rusiyanın “S-300” zenit-raket kompleksinin oxşarını yaradıblar. APA-nın “Press TV”yə istinadən məlumatına görə, bunu İranın müdafiə naziri Əhməd Vahidi bildirib.

Onun sözlərinə görə, havadan müdafiə sisteminin inkişaf prosesi plana uyğun şəkildə gedir: “Sistemin bir sıra mühüm komponentləri sürətlə inkişaf edə bilməz deyilsə də, bu sahədə böyük irəliləyiş əldə edilib. Biz ümid edirik ki, Rusiyanın “S-300” zenit-raket kompleksinə oxşar milli raketinin yaradılması bu ilin sonu, ya da gələn ilin mart ayında yekunlaşacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR