Borçalı sakini, “maqnit adam” Etibar Budaqlı Çinə dəvət olunub

Borçalı sakini, “maqnit adam” Etibar Budaqlı Çinə dəvət olunub
# 01 dekabr 2012 14:35 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Keçən il Ginnesin Rekordlar kitabına düşən və İtaliyada “Ginnesin Rekordlar Kitabı” medalına layiq görülən, Gürcüstanda isə “İlin rekordçusu” elan edilən Borçalı sakini Etibar Budaqlı Çinə dəvət alıb. E. Budaqlı APA-nın Gürcüstan bürosuna açıqlamasında bildirib ki, Çinə səfəri zamanı indiyədək əldə etdiyi rekordları təzələyəcək: “Çinə Tiflis Texniki Universitetinin “Rekord” idman klubunun prezidenti və hazırda mənim menecerim olan Şalva Keldişvili ilə birlikdə gedirik. Həmin tədbirə dünyanın bir çox ölkələrindən idmançılar gələcək və şouda iştirak edəcəklər. Cənubi Qafqazdan, eləcə də Gürcüstandan bu şouya yalnız mən dəvət almışam. Dəvəti Ginnesin Rekordlar Kitabı göndərib”.

E. Budaqlı deyib ki, o, Çində 150 kq ağırlığı bədənində saxlamaq fikrindədir.

Xatırladaq ki, bu ilin aprel ayında İtaliyada keçirilən şouda iştirak edən Etibar Budaqlı “Ginnesin Rekordlar Kitabı”nın rekordçusu medalına layiq görülüb. Onun bədənində eyni zamanda bioenerji də var. O, 50 qaşığı əl vurmadan sinəsində saxlaya bilir. E. Budaqlı indiyədək Marneulidə və Tiflisdə keçirilən şoularda sinəsində 106 kq və 147 kq yük saxlayıb, “maqnit adam” təxəllüsü qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR