Elnur Aslanov: “Azərbaycanın erməni milliyətindən olan vətəndaşlarının əsas hüquq və azadlıqlarına dövlət tərəfindən qarantiya verilib”

Elnur Aslanov: “Azərbaycanın erməni milliyətindən olan vətəndaşlarının əsas hüquq və azadlıqlarına dövlət tərəfindən qarantiya verilib”
# 22 noyabr 2012 07:33 (UTC +04:00)

APA-nın məlumatına görə, Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bəzi erməni mənbələrinin bəyanatlarını jurnalistlərə belə şərh edib.

“Azərbaycan cəmiyyəti konfessiyalar arası tolerantlıq, multikulturalizm və digər bu kimi dəyərlərə tapınması ilə məşhurdur. Bu gün bir çox millətlərin nümayəndələri Azərbaycanda bir ailə kimi yaşayırlar. Azərbaycanı hansısa məsələdə dözümsüzlük göstərməkdə - istər milli, istər dini, istərsə başqa məsələdə - ittiham etmək axmaqlıqdır və əsassızdır. Ölkəmizə 30 minə yaxın erməni yaşayır, onların hüquq və azadlıqlarına digər Azərbaycan vətəndaşları kimi Konstitusiya ilə dövlət tərəfindən qarantiya verilir”.

Elnur Aslanov qeyd edib ki, Azərbaycan prezidenti əsas düşmənimizin erməni lobbisi olduğunu dəqiqliklə ifadə edib: “Bunlar həm başqa ölkələrdə yaşayaraq öz merkantil maraqları hesabına erməni cəmiyyətini gələcəkdən məhrum edənlər, həm də öz şıltaqlıqları üçün işğal olunmuş Azərbaycan torpaqlarında status-kvonun qorunması üçün hər cür təzyiq göstərən, bununla da erməni dövlətinin və erməni xalqının gələcəyini qurban verən erməni diasporunun nümayəndələridir. Bütün bu faktorlar regionun inkişafı, tam şəkildə inteqrasiya üçün hansısa müsbət perspektivi nəinki kardinal şəkildə mürəkkəbləşdirir, həm də Ermənistanın daxili resurslarını sıfıra endirir. Bununla da erməni lobbisi Ermənistanın öö əhalisinin rasional düşünən hissəsinin düşmənidir”.

Elnur Aslanovun sözlərinə görə, “Azərbaycan tərəfinin bütün addımları göstərir ki, rəsmi Bakı doğrudan da Dağlıq Qarabağ sülh yolu ilə həllinə can atır, bunun üçün lazımi iradəyə sahibdir: “Lakin təəssüf ki, qarşı tərəfdən bu kimi siqnallar daxil olmur. Əminik ki, erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən qısa müddətdə çıxarılması bütün region üçün böyük imkanlar açmış olacaq. Bu gün Ermənistandakı siyasi rejim əsassız ərazi iddiaları və Azərbaycan torpaqlarına təcavüz səbəbilə ölkəni təcrid və böhran vəziyyətinə salıb. Biz Dağlıq Qarabağın Azərbaycan Respublikasının tərkibində statusunun müəyyənləşdirilməsi üçün danışıqları davam etdirməyə hazırıq. Dağlıq Qarabağdan qovulmuş əhalinin öz evlərinə qayıtmasına, orada sülh, dostluq və əməkdaşlıq şəraitində yaşamasına şərait yaradılmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR